Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət

 

Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın Çinin dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 12 dekabr.- S.7.