Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,

Dekabrın 4-də “Günəşli” neft yatağındakı platformada qəza nəticəsində insanların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Zati-aliləri, Sizə dərin hüznlə başsağlığı verir, faciə nəticəsində həyatını itirmiş insanların doğmalarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Hörmətlə,

 

Stepan Mesiç

Xorvatiyanın sabiq (2000-2010) Prezidenti

 

Azərbaycan. - 2015.- 12 dekabr.- S.2.