Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimada əsaslanır

 

Prezident İlham ƏLİYEV: “Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik”

 

Azərbaycan və Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olub. Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqazaoradan Qara dəniz vasitəsilə Avropaya qədər uzanmışdı. Bu tarixi bağlılıq dəyişən dünyanın siyasi proseslər burulğanında öz əhəmiyyətini itirməmiş, ölkəmiz SSRİ-nin tərkibində olduğu vaxtlar belə Çinlə münasibətlər qorunub saxlanmış, XX əsrin 50-ci illərində neft, geologiyas. sahələr üçün mütəxəssislərin hazırlanması daxil olmaqla müxtəlif sferalarda özünü göstərmişdir.

Azərbaycan və Çin Xalq Respublikası (ÇXR) arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub. Ölkələrimizin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətini “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər yaratmaq haqqında Birgə Kommunike” ilə təsdiqləməsi bu istiqamətdə atılmış ilk addım olmuşdur. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi dost Çin ilə əlaqələrin hərtərəfli inkişafı üçün tarixi bir fürsət yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri kimi ÇXR ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz ÇXR-də açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də xarici siyasət strategiyasında Çin ilə bütün sahələrdə əlaqələri genişləndirmək prioritet istiqamət təşkil edib.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdə olmuşdu. Şanxayda keçirilən Zirvə toplantısında qəbul edilən Bəyannamədə Azərbaycan üçün önəmli müddəalar da öz əksini tapmışdır. Bəyannamənin 3.5-ci bəndində göstərilib: “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq”.

Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını əsas tutan Çin ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir.

Prezident İlham Əliyevin bu günlərdə Çin Xalq Respublikasına dövlət səfəri də ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Səfər çərçivəsində dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev bildirib: “Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk”.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin möhkəmləndiyini, iqtisadi inkişafın artdığını, əhalinin rifah halının yaxşılaşdığını bildirib. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırıb. Çin Xalq Respublikasının Sədri xalqlarımız arasında humanitar, mədəniyyət sahələrində əməkdaşlığın, parlamentlərarası əlaqələrin, gənclər təşkilatlarının əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi keçirilib. Bu sırada “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə”ni misal göstərmək olar. Ölkələrmiz arasında təhsil, fitosanitar, eləcə də mülki hava və dəmiryolu nəqliyyatı sahələrində də əməkdaşlıq haqqında sazişlərin imzalanması əlaqələrimizin genişlənəcəyini deməyə əsas verir. Əlamətdar hadisələrdən biri də səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Renmin UniversitetininTarix üzrə fəxri professordiplomunun təqdim edilməsi olub.

Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decian ilə də görüşüb. Görüşlərdə bu səfərin ölkələrmiz arasında gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyi bildirilib. Çinin ölkəmizlə dostluq münasibətlərinin dərinləşməsinə böyük önəm verdiyi, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğu vurğulandı. Ölkələrimiz arasında qarşılıqlı etimadın mövcudluğu, mühüm məsələlərdə Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqları qeyd edildi. Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyi və Azərbaycanın daVahid Çin” məsələsində göstərdiyi dəstək yüksək qiymətləndirildi. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdikləri də xüsusi vurğulanıb.

Qloballaşan dünyada iqtisadi inkişaf tempinə görə, son illər Azərbaycan və Çin lider dövlətlər sırasındadırlar. İldən-ilə iqtisadi əlaqələrimiz genişlənir. Tarixi İpək Yolunun bir hissəsi kimi Qərb və Şərq arasında nəqliyyat körpüsü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Çin mallarının Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa ölkələrinə çatdırılmasında yeni ən qısa, əlverişli və optimal marşrut kimi həmin ölkələrin regionalqlobal səviyyədə əməkdaşlığının genişlənməsinə xidmət edəcək. İkitərəfli əlaqələrimizdə iqtisadi münasibətlərin inkişaf səviyyəsinin yüksəlməsi bu gün hər iki dövlətin geniş potensialının tam şəkildə istifadəsinə real şərait yaradır.

Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var. Çin şirkətləri ilə bu istiqamətdə əməkdaşlığın qurulması mühüm nəticələr verə bilər. Cin tərəfindən irəli sürülən qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsü Azərbaycan tərəfindən də dəstəklənir. Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamız əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malikdir.

Prezident İlham Əliyevin Çinə dövlət səfərinin yekunları göstərdi ki ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq mövcuddurbu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Əminliklə demək olar ki, Azərbaycan-Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına xidmət edəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2015.- 15 dekabr.- S. 1.