Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə

 

Hörmətli Nursultan Abişeviç,

Qazaxıstan Respublikasının milli bayramıMüstəqillik günü münasibətilə Sizi bütün xalqınızı şəxsən öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dərin tarixi kökləri olan Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi mədəni əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız fəaliyyətimiz ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Əminəm ki, qarşılıqlı etimad dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz ortaq mənəvi dəyərlərə ənənələrə malik xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 dekabr 2015-ci il.

 

Azərbaycan. - 2015.- 16 dekabr.- S.1.