H.S.Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Hüseynqulu Seyid oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2015-ci il

 

Azərbaycan. - 2015.- 17 dekabr.- S.1.