Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

 

Dadaşova Zahirə Cabir qızı

Qəmbərova Şəhla Əliheydər qızı

Musazadə Rəfiqə Mirzə qızı

Tahirova Nazilə Rəhman qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr  2015-ci il

 

Azərbaycan. - 2015.- 22 dekabr.- S.3.