Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin bilavasitə rəhbərliyiniz ilə Azərbaycanın ictimai-siyasiiqtisadi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər ölkənin dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsini təmin edir.

Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimadbir-birinin mənafelərinin nəzərə alınması prinsiplərinə əsaslanan çoxplanlı Özbəkistan-Azərbaycan münasibətləri dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edim.

Hörmətlə,

 

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 23 dekabr.- S.1.