Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Əziz Prezident, Zati-aliləri

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə yeni uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük qürur hissi duyuram.

Cənab Prezident, icazə verin, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikası ilə BosniyaHerseqovina arasında bütün sahələrdə qarşılıqlı marağa əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafına və genişləndirilməsinə birgə səylərimizlə töhfə verəcəyimizə inamımı bildirim.

Mən gələn ilin martında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Çoxqütblü dünya boyuncamövzusunda keçiriləcək IV İllik Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirəm. Bu mənada, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Bosniya və Herseqovinadakı Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər Fondunun möhkəm və məhsuldar əməkdaşlığını qeyd etmək mənim üçün xoşdur. Bakı Forumu sabiq dövlət və hökumət başçıları, siyasi liderlər ilə fikir mübadiləsi aparmaq üçün mükəmməl imkandır.

Mən bir daha doğum gününüz münasibətilə Sizə ən dərin ehtiramımı çatdırır və yaxın gələcəkdə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,

 

Mladen İvaniç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.1.