Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Abdullayev Oqtay Seydəli oğlu

Babayev Nizami Əliheydər oğlu

Eynullayev Balasən Seyfulla oğlu

Əliyev Tofiq Zöhrab oğlu

Həsənov Faiq Zülfiqar oğlu

Məmmədov Oqtay Abbas oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2015-ci il

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.3.