Müasir aqrar siyasət uğurlu nəticələr verir

 

Kənd təsərrüfatı hər bir ölkənin real iqtisadiyyatının ən mühüm sahəsidir və onun vəzifəsi əhalini ərzaqla və sənayeni müxtəlif növ xammalla təmin etməkdir. Respublikamızda əhalinin 47 faizinin kənd yerlərində yaşamasını və qabiliyyəti olanların 39 faizinin kənd təsərrüfatı sahəsində çalışmasını nəzərə alsaq görərik ki, kənd təsərrüfatı iqtisadiyyatın real sahəsi olmaqla yanaşı həm də ölkə əhalisinin böyük bir qisminin həyat tərzidir və güclü sosial əhəmiyyət kəsb edir. İşsizliyi aradan qaldırmaqda kənd təsərrüfatı kimi geniş imkanlara malik ikinci bir iqtisadi sahə yoxdur. Belə ki, kənd təsərrüfatının inkişafı eyni zamanda kənd təsərrüfatı texnikası və avadanlıqları istehsalının, habelə kənd təsərrüfatı məhsulları, ərzaq və sənaye malları bazarının inkişafına da təkan verdiyindən bu sahədə yeni yaranan bir yeri əlavə olaraq 5-6 yerinin yaranmasına səbəb olur. Kənd ərazilərini inkişaf etdirməkdə və kənd əhalisinin sosial rifah halını yaxşılaşdırmaqda da bu sahənin böyük əhəmiyyəti var.

Məlumdur ki, ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir və onun bazasını kənd təsərrüfatı təşkil edir. Məhz kənd təsərrüfatının iqtisadi, siyasisosial əhəmiyyətini yüksək qiymətləndirən cənab İlham Əliyev prezidentliyinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin əhalinin ərzaq təhlükəsizliyinin yüz faiz yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkmişdir. Bu barədə cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulamış, aqrar bölmənin inkişafına yönəlmiş böyük əhəmiyyəti olan tədbirləri əhatə edən sənədlər imzalamışdır.

Cənab İlham Əliyevin imzaladığı qanun, fərman və sərəncamlar aqrar sahədə sahibkarlar üçün əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət qayğısı ilə əhatə olunmasına, onların gəlirinin artmasına və rəqabətə-davamlı kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımına yönəlmişdir.

Kənd təsərrüfatı məhsulu istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi müddəti 2018-ci ilin sonuna kimi uzadılıb. Bunun nəticəsində keçən dövr ərzində fermerlərin dövlət büdcəsinə ödəməli olduqları 1 milyard 600 milyon manata yaxın vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəlmişdir. 2007-ci ildən isə əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaqmotor yağlarına, mineral gübrələrə görə, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən subsidiyalar ödənilir. Bundan başqa kənd təsərrüfatı istehsalçılarına digər istiqamətlər üzrə birbaşa və dolayı subsidiyalar verilir və güzəştlər tətbiq edilir. Ölkə Prezidentinin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanlara gündəlik qayğısı və diqqəti nəticəsində 2007- 2014-cü illərdə yalnız yanacaqmotor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən 890 milyondan çox subsidiya verilmişdir. Aqrar bölmədə dövlətin həyata keçirdiyi bu stimullaşdırıcı tədbirlər sayəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının həcmi daim artmışdır. 2014-cü ildə 5226 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü ilə nisbətən 3,6 dəfə çoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin formalaşdırdığı müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların yaradılmasına xüsusi önəm verilməsidir. Bu onunla əlaqədardır ki, ölkəmizdə əsasən xırda fermer təsərrüfatları üstünlük təşkil etdiyindən istehsalın intensivləşdirilməsi, innovasiyaların və yeni texnologiyanın tətbiqi qeyri-mümkündür. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnikatexnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağı, rəqabətqabiliyyətli məhsul istehsalına və istehsalın səmərəli fəaliyyətinin təşkilinə imkan verir. İri təsərrüfatların yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı respublikamızın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyi ilə əlaqədar daxili bazarı qorumaq baxımından da böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə əsasən taxıl, süd və balıq məhsullarına tələbatın ödənilməsində idxaldan asılılıq vardır. Bunu nəzərə alaraq, Prezident əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə 50 iri taxılçılıq təsərrüfatı yaradılması tapşırığını vermişdir. Artıq bu istiqamətdə konkret işlər görülür. 2012-ci ildə Ağcabədi rayonunda fəaliyyətə başlayanQarabağ taxıl” MMC hər hektardan 55 sentnerdən çox buğda məhsulu əldə edir. Bir neçə rayonda istifadəyə verilmiş südçülük komplekslərində hər inəkdən 6-7 min litr süd sağılır. Belə yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmamışdır. Bu təsərrüfatların sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin edəcək, taxıla və süd məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti iri təsərrüfatların yaradılmasında kənd təsərrüfatı kooperativlərinin əhəmiyyətini də yüksək dəyərləndirir. Kənd təsərrüfatının inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, dövlət dəstəyi olmadan fermerlərin təşəbbüsü ilə yaradılan kooperativlərin əksəriyyəti fəaliyyət göstərə bilmir və tezliklə ləğv olunurlar. Ona görə də dövlətin dəstəyi ilə hər bir ərazidə “təchizat-istehsal-emal-satış” kooperasiya zənciri təşkil olunmalıdır ki, vasitəçilər minimuma endirilsin və fermerlər istehsal etdikləri məhsula görə daha çox gəlir əldə edən tərəf olsunlar. Belə olan halda əlavə dəyərin həcmi əhəmiyyətli dərəcədə artır və bu da müəssisənin rentabelli işləməsini təmin edər. Bunun üçün istehsal kooperativləri ilə yanaşı istehlak kooperativlərinin (təchizat, aqroservis, emal, satış, kredit, sığorta və s.) yaradılmasına böyük ehtiyac var. Avropa ölkələrində fermerlər iri torpaq sahələrinə malik olduqlarından əsas diqqət istehlak kooperativlərinin genişlənməsinə yönəlmişdir. Respublikamızda torpaq islahatından çox qısa müddət keçdiyindən iri təsərrüfatlar demək olar ki, yox dərəcəsindədir. Bu mənada ölkəmizdə qarışıq tipli, yəni istehsal-istehlak kooperativlərinin yaradılması daha səmərəli olardı.

Cənab İlham Əliyev kənd təsərrüfatı kooperasiyası sahəsində beynəlxalq təcrübəni nəzərə alaraq 2014-cü il 16 aprel tarixli fərmanda kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlamaq tapşırığı vermişdir. Hazırda bu qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunmuş, birinci oxunuşdan keçmişdir. Hesab edirik ki, bu qanunda fermerlərin iri təsərrüfatlar yaratmaları və kooperasiya əlaqələrini genişləndirmələri üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi öz müsbət nəticəsini verəcək və yaxın vaxtlarda ölkəmizdə səmərəli fəaliyyət göstərən kənd təsərrüfatı kooperasiya sistemi və klasterlər formalaşacaqdır.

Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin bütün bölmələrinin inkişaf etdirilməsini ölkədə həyata keçirilən aqrar siyasətin əsas prinsipi kimi qiymətləndirir. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, aqrar bölməyə bu prinsipdən yanaşma tamamilə özünü doğruldur və rəqabətqabiliyyətli məhsul istehsalını təmin edir. Bu prinsipə uyğun olaraq respublikamızda kənd təsərrüfatı maşınqayırma sənayesinin və mineral gübrə istehsalının təşkilinə diqqət artırılmışdır. Artıq Sumqayıt şəhərində azot gübrəsi istehsalı zavodunun tikintisinə başlanmış və yaxın vaxtlarda fermerlər yüksək keyfiyyətli və ucuz gübrə ilə təmin olunacaqlar. Prezidentin 16 aprel 2014-cü il tarixli fərmanında Kənd Təsərrüfatı Nazirliyinə digər əlaqədar təşkilatlarla birlikdə respublikamızda aqroparkların yaradılması və xarici investorları cəlb etməklə kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflər hazırlanması tapşırığı verilmişdir. Bu da onu göstərir ki, Azərbaycan Respublikası yaxın illərdə bir çox kənd təsərrüfatı texnikası və avadanlıqlara, habelə azot gübrəsinə olan tələbatı yerli istehsal hesabına təmin edəcək və bu vasitələrə görə idxaldan asılılığa son qoyulacaqdır. Şəmkir rayonunda tikintisinə başlanmış aqropark yaxın vaxtlarda fermerlərə bu sahədə kömək edəcək və bu da onların daha çox məhsul istehsal etmələrinə imkan verəcəkdir.

Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarını ən çox narahat edən məsələ istehsal edilən məhsulların satışının səmərəli təşkilidir. Bu problemin həllində aqroparklarla yanaşı kənd təsərrüfatı bazarlarının təşkili və emal sənayesinin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixdə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, müvafiq dövlət qurumlarına şəhərlərdə və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılması barədə göstərişlər verilmişdir. Artıq bu istiqamətdə konkret işlər görülür.

Kənd təsərrüfatında innovativ metodlardan istifadənin qanunvericilik bazasının yaradılması istiqamətində də ölkəmizdə müəyyən işlər görülür. Dünyada ekoloji təmiz kənd təsərrüfatı məhsullarına tələbatın durmadan artmasını nəzərə alaraq 2008-ci ildə kənd təsərrüfatında innovativ məhsul olan ekoloji təmiz məhsul istehsalının hüquqi bazasını təşkil edən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunun tətbiqi nəticəsində respublikamızın bir çox bölgələrində, xüsusilə Gəncə-Qazax iqtisadi rayonun əhatə etdiyi ərazilərdə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerlərin sayı ildən-ilə artır. Bu qanunun tələblərinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında xəstəliklərə və ziyanvericilərə qarşı mübarizədə kimyəvi maddələrdən və məhsuldarlığı artırmaq üçün süni yolla istehsal edilmiş mineral gübrələrdən istifadəyə yol verilmir. Bunun əvəzinə ekoloji təmiz və iqtisadi səmərəsi yüksək olan biopestisidlərdən və biogübrələrdən istifadə olunmaqla növbəli əkin sistemi tətbiq olunur.

Kənd təsərrüfatında innovasiyaların yayılması təsərrüfat subyektləri tərəfindən informasiyaların qəbulu vəziyyətindən asılıdır. Hazırda aqrar islahatların aparılması nəticəsində ölkəmizdə 840 mindən çox ailə (3 milyon 500 min nəfər) torpaq payı alaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. İxtisas təhsili olmayan çoxsaylı istehsalçıların kənd təsərrüfatı istehsalının təşkili, marketinq, biznes planlaşması, təsərrüfatın maliyyə və istehsal vasitələri ilə təminatına, yeni texnikatexnologiyalar, innovasiyalı məhsullar və bir çox digər məsələlər barədə mütəmadi olaraq informasiyalar almağamüvafiq biliklərə yiyələnməyə böyük ehtiyacı vardır. Bir çox ölkələrin təcrübəsi göstərir ki, innovasiyaların tətbiq edildiyi təsərrüfatlarda informasiya-məsləhət xidməti təşkil edilmədikdə və ya yarımçıq olduqda həmin təsərrüfatda lazımi nəticə əldə etmək mümkün olmur. Bunu nəzərə alaraq ölkəmizdə bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir aqrar siyasətinin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Həqiqətən də kənd təsərrüfatının inkişafı kənd yerlərində lazımi infrastrukturun yaradılmasından çox asılıdır. Fermerlərin kənddə qalıb məhsuldar fəaliyyət göstərməsi, onların maddi-texniki təchizatı və istehsal etdikləri məhsulları çətinlik çəkmədən satışa çıxarmaları kənd yerlərinin sosial vəziyyəti ilə sıx bağlıdır. Bu məqsədlə respublikamızın kəndlərində təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ilə tam təmin olunması, kəndarası asfalt yolların şəbəkəsinin genişlənməsi və digər sosialyönümlü işlər görülür. Bu tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksək ixtisaslı mütəxəssisləri aqrar sahəyə cəlb etməyə və məhsul istehsalının səmərəsini yüksəltməyə şərait yaradır.

Bütün bu tədbirlər isə əsasən Prezident İlham Əliyevin imzaladığı fərmanlarla təsdiq olunanuğurla yerinə yetirilən regionların inkişafına dair dövlət proqramları ilə tənzimlənir. Əslində regionların inkişafı elə kənd yerlərinin və aqrar sektorun inkişafı deməkdir. Regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə dövlət başçısının 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün daha çox ehtiyac duyulan infrastruktur obyektlərinin yaradılmasını və digər tədbirlərin həyata keçirilməsini əhatə etmişdir.

“Əsrin müqaviləsi”nin nəticəsi olaraq ölkəmizdə böyük maliyyə ehtiyatının yaranması bu ehtiyatdan daha səmərəli istifadəni təmin etmək, iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorununinfrastrukturun inkişafı üçün geniş imkanlar yaratdı. Bu imkandan istifadə məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2009-cu il 14 aprel tarixdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dair fərman imzaladı.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində 50,7 milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat vəsait yönəldilmişdir. Bundan əlavə regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə Prezidentin müvafiq sərəncamları ilə Ehtiyat Fondundan 737,4 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitlər hesabına son 10 ildə 2708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektləri tikilmişya əsaslı təmir edilmişdir. Proqramlar çərçivəsində regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Respublikayerli əhəmiyyətli yolların çəkilməsi, yenidən qurulması və təmiri, yeni körpü və yolayrıcılarının tikilməsi və təmiri, poçt və rabitə şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, habelə digər infrastruktur sahələrində böyük həcmdə işlər görülmüşdür. Kəndlərin elektrik enerjisinə olan tələbatı tamamilə təmin edilmiş, qazlaşdırma işləri 80 faizə çatdırılmış, bir çox kəndlərin içməli su ilə təminatı başa çatmışdır. Hazırda kəndlərin qazlaşdırılması və içməli su ilə təminatı istiqamətində işlər davam etdirilir. Bu illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi, bu vəsait hesabına yeni açılmış 110 mindən çox yerinin isə 89 miniya 81 faizi regionların payına düşmüşdür. Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan vermişdir. Bunun nəticəsidir ki, ildən-ilə rayon büdcələrinə dövlət büdcəsindən dotasiyanın həcmi azalır. Əgər 2011-ci ildə rayonlar üzrə büdcə xərclərinin 77,1 faizini mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait təşkil edirdisə, 2015 və 2016-cı illərdə müvafiq olaraq 71,4 və 67,3 faiz proqnozlaşdırılıb.

Proqramlara uyğun həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin iqtisadiyyatı və maliyyə imkanları əsaslı surətdə möhkəmlənmiş və bölgənin lider dövlətinə çevrilmişdir. Belə ki, son 10 ildə regionlarda ümumi məhsul buraxılışı 3,2 dəfə, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmət 6, regionların vergi ödənişləri isə 14, 2 dəfə artmışdır.

Əldə edilən neft gəlirlərinin iqtisadiyyatın real sektoruna, o cümlədən aqrar sektorainfrastruktur layihələrinə istiqamətləndirilməsi ölkədə iqtisadiyyatın bütün sahələrinin əlaqəli inkişafını təmin edən balanslaşdırılmış iqtisadi siyasətin həyata keçirildiyini göstərir. Bu siyasətin nəticəsidir ki, 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi isə 1,9 dəfə azalaraq 5 faizə enmişdir. Bu müddətdə ölkə iqtisadiyyatına ümumilikdə bütün mənbələr hesabına 160 milyard manat investisiya qoyulmuşdur. Bunun sayəsində qeyri-neft sektorunun iqtisadiyyatda payı getdikcə artır.

Regionların sosial-iqtisadi inkişafına dair proqramların ölkə iqtisadiyyatında gələcək illərdə də davamlı artımın əldə olunmasında mühüm rolu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramın həyata keçirilməsi perspektivdə ümumi daxili məhsulun artımının əsasən qeyri-neft sektorun inkişafı hesabına əldə olunmasına imkan verəcəkdir. Bu da ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək üçün mövcud maliyyə ehtiyatlarının dövlət proqramları üzrə xərclənməsinin daha səmərəli iqtisadi model olduğunu təsdiq edir. Ölkəmiz bu iqtisadi strategiyanı bundan sonra da davam etdirmək niyyətindədir və ölkə Prezidentinin yaxın illərdə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulu iki dəfə artırmaq barədə müəyyən etdiyi hədəfə çatmaq üçün əsas istiqamətdir. Şübhəsiz ki, bu vəzifənin öhdəsindən gəlməkdə qeyri-neft sektorunun prioritet sahəsi olan aqrar sektorun payı da çox olacaqonun daha yüksək sürətlə inkişafı təmin ediləcəkdir.

Bu mənada ölkə Prezidentinin 2015-ci ili “Kənd təsərrüfatı ilielan etmək barədə sərəncam imzalaması böyük əhəmiyyət kəsb edir. Sərəncama uyğun olaraq “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ilielan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi barədə konkret göstəriş verilmiş və əlaqədar orqanlar həmin tədbirlərin uğurla həyata keçirilməsini təmin edirlər. Hörmətli Prezident bu sərəncamdan əlavə kənd təsərrüfatının və onun bəzi sahələrinin inkişafına daha güclü dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar bir neçə yeni sərəncamlar da imzalamışdır.

“Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli sərəncamında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılması və fondun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Toxum Fondunun yaradılması fermerlərin yüksək məhsuldar bitki toxumlarına olan tələbatını yerli istehsal hesabına ödəməyə imkan verəcək və bu da öz növbəsində məhsuldarlığın artımına və ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikası PrezidentininBitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 15 aprel 2015-ci il tarixli sərəncamında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılması nəzərdə tutulmuşdur. Sərəncamda kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaqmotor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyanın təkrar (aralıq) əkinlər aparan fizikihüquqi şəxslərə də ödənilməsi əks olunmuşdur. Bu sərəncam kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmağa güclü təkan verməklə yanaşı, təkrar (aralıq) əkinlərin sahəsinin genişlənməsinə və torpaqlardan daha səmərəli istifadə etməyə də müsbət təsir edəcəkdir. Bunun nəticəsidir ki, cari ilin məhsulu üçün 1 dekabr 2015-ci il tarixinə 13734 hektar, yəni keçən ilə nisbətən 8,4 dəfə çox sahədə təkrar əkin aparılmışdır.

Tədqiqatlar göstərir ki, innovasiyalı kənd təsərrüfatı elmi dəstək olmadan inkişaf edə bilməz. Bu mənada ölkəmizdə aqrar elmi-tədqiqatların aparılması daim dövlətin diqqət mərkəzindədir. Aqrar elmin keyfiyyətcə yeni mərhələyə keçirilməsinin təmin edilməsi, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi ilə bağlı 17 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən bu müəssisələrin yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün 10 milyon manat büdcə vəsaiti ayrılır ki, bu da elmi tədqiqatların yüksək səviyyədə aparılmasına imkan verəcəkdir.

Kənd təsərrüfatının inkişafında suvarılan əkinlərin genişləndirilməsi və bu əkinlərin su ilə təminatının yaxşılaşdırılması prioritet istiqamətlərdən biridir. Respublikamızda bu sahədə geniş tədbirlər həyata keçirilir. Bununla yanaşı bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2015-ci il tarixliAqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” sərəncamına uyğun olaraq suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilmişdir. Belə bir əsaslı güzəştin müəyyən edilməsi şübhəsiz ki, suvarma sistemlərinin yenidən qurulmasına böyük imkanlar yaradacaqbu da əkinlərin vaxtında suvarılmasını təmin etməklə su itkisinin qarşısını almağa kömək edəcəkdir.

Ölkə əhalisini ərzaq məhsulları ilə təmin etməkdə heyvandarlıq məhsullarının, xüsusilə ət və süd istehsalının artırılması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə respublikamızda yüksək məhsuldar heyvan cinslərinin sayının artmasına ehtiyac vardır. Son illər respublikamıza damazlıq heyvanların gətirilməsi və yüksək məhsuldar törədicilərin toxumundan istifadə etməklə süni mayalanma tədbirlərinin genişləndirilməsi istiqamətində əhatəli işlər görülür. Bununla belə heyvandarlıqda yüksək məhsuldarlıq o vaxt əldə olunur ki, sürüdə damazlıq heyvanların xüsusi çəkisi 15 faiz təşkil etsin. Bu məqsədlə dövlət başçısının sərəncamları ilə hər il damazlıq mal-qara alınması üçün milyonlarla büdcə vəsaiti ayrılır. Azərbaycan Respublikası Prezidentinin bu ilin 19 avqust tarixində imzaladığı “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” sərəncamına uyğun olaraq ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Prezidentin Ehtiyat FondundanAqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır.

Damazlıq heyvanlarının sayının artırılması üçün bu heyvanların ölkəyə idxalı ilə yanaşı süni mayalanmanın genişləndirilməsi və yerli şəraitə daha yaxşı uyğunlaşan yüksək məhsuldar heyvanların yetişdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2015-ci il tarixli sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2015-ci il tarixli “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə 5,8 milyon manat büdcə vəsaiti, o cümlədən Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon manat, Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon manat və Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat ayrılmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı və ölkəmizdə uğurla həyata keçirilən müasir aqrar siyasət nəticəsində yaxın gələcəkdə ölkəmizdə əsas ərzaq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına təmin olunacaq, sahibkarlarımız qloballaşan dünya iqtisadiyyatında yüksək rəqabətədavamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaq imkanı əldə edəcəklər. Eyni zamanda fermerlərin gəlirlərinin artması və bütün kənd ərazilərində müasir sosial infrastrukturun mövcudluğu təmin olunacaqdır.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

iqtisad üzrə elmlər doktoru

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S. 6.