Azərbaycan ilə Rusiya arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb

 

Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 23-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.14.