Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbrikləri qəbul edin.

Biz Sizi müasir dövrün böyük siyasi xadimi kimi tanıyırıq. Sizin sayənizdə Azərbaycan Respublikasının inkişafı keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Azərbaycan xalqının ölkədə firavan yaşamaq haqqını reallığa çevirən Sizin kimi lideri vardır. Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Mən Həştərxan vilayəti ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üzrə məsələləri daim diqqətdə saxladığınıza görə Sizə xüsusi təşəkkür etmək istəyirəm.

İcazə verin, Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edim.

Hörmətlə,

 

Konstantin Markelov

Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru,

hökumətin sədri

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S.1.