Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab İlham Əliyev,

Tekfen Holding A.Ş.”-nin adından və şəxsən öz adımdan doğum gününüzü səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dostqardaş Azərbaycan xalqının tərəqqisi və rifahı naminə yeni zəfərlər arzulayıram.

Azərbaycan Respublikasının iqtisadiyyatda qazandığı mühüm uğurlar, sosial sahədə ciddi dəyişikliklər, bizə yaxın olan Azərbaycanın bu günü və gələcəyi naminə genişmiqyaslı layihələrin və islahatların həyata keçirilməsi Sizin rəhbərliyiniz ilə görülən quruculuq işlərinin nəticəsidir.

2015-ci ildə tarixi nailiyyət olan birinci Avropa Oyunları və 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları bütün dünyaya Azərbaycanın sürətlə inkişaf etdiyini sübut edir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, ən səmimi təbrik və diləklərimi təkrar izhar edirəm.

Hörmətlə,

 

Murat Gigin

Tekfen Holding” şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru

 

Azərbaycan. - 2015.- 30 dekabr.- S.1.