Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Karamzinlər Evinin və Bakı Dövlət Universitetinin banisi - ilk rektoru, cərrah Razumovskinin ailəsi adından Sizə dərin ehtiramımı bildirirdoğum gününüzü təbrik edirəm.

Mənim ailəmlə Azərbaycan arasında ilk münasibətlər Sizin atanız, böyük siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.

Bakı Dövlət Universitetinin, Sizin ailənin və dünya təbabətində kəşflər etmiş cərrah Razumovskinin adı Uruqvay Dövlət Universitetinin yerləşdiyi Montevideo şəhərində məşhurdur.

Mən də öz növbəmdə, Uruqvayın vətəndaşı olaraq Azərbaycanın mənafelərinə xidmət etməyə hazıram. Cənubi Amerika ölkələrinə və Uruqvaya yolunuz düşsə Sizi, ailənizin üzvlərini Montevideoda, şəhərin mərkəzi hissəsində yerləşən Karamzinlər Evinə dəvət etmək mənim və ailəm üçün böyük şərəf olar.

Dərin hörmətlə,

 

Fyodor Boqorodski

Bakı Dövlət Universitetinin ilk rektoru

Vasili Razumovskinin nəvəsi, Uruqvaydakı

Karamzinlər Evinin nümayəndəsi

 

Azərbaycan. - 2015.- 30 dekabr.- S.1.