Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi Dağıstan Respublikası Azərbaycanlılarının Yerli Milli-Mədəni Muxtariyyətinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işinizdə uğurlar və Azərbaycanın daha da çiçəklənməsini arzu edirəm.

Siz Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün çox görmüş, çətin dövrdə respublikada sabitlik yaratmış, ölkənin müdafiə qabiliyyətini, sosial mühiti möhkəmlətmiş, elmdə ən yaxşı nəticələrə nail olmuş, layiqli vətəndaş cəmiyyəti yaratmısınız.

Biz Sizin bütün uğurlarınıza sevinirik. Biz Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğu möhkəmlətməyə çalışır, millətlərarası münasibətlərin möhkəmlənməsi üçün nə mümkündürsə edirik.

Hər şey üçün sağ olun.

 

Rakif Əzizov

Rusiya Federasiyası Dağıstan Respublikasının

Azərbaycanlılarının Yerli Milli-Mədəni Muxtariyyəti adından hörmətlə,

 

Azərbaycan. - 2015.- 30 dekabr.- S.2.