Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident,

Müxtəlif məsələlərlə bağlı dəfələrlə Sizə yazmışam. Amma bu gün mən uzun illərdir ki, Azərbaycanın hüdudlarından kənarda yaşayan vətənpərvər Sizi doğum gününüz münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, bu gün Sizə, dövlətimizin başçısına ən başlıcası uzun ömür, ailə səadəti və bütün planlarınızda uğurlar arzu etməkdir. Bilirəm ki, Sizin işiniz çox məsuliyyətlidir, çoxlu səy, səbir və müdriklik tələb edir. Bütün bu keyfiyyətlərin hamısı Sizdə var, məhz buna görə də mürəkkəb regionda, xaos, iqtisadi qeyri-sabitlik və müharibə əhatəsində yerləşən doğma Azərbaycanımız irəli gedir. Xalqımız ilk növbədə Azərbaycanı fəlakətlərdən xilas edən ümummilli lider Heydər Əliyevə və Ulu Öndərin kursunu davam etdirən Sizə minnətdardır.

 

Tural Şirinov

Avropanın azərbaycanlı gəncləri adından

Estoniyanın Tallinn şəhərindən səmimi təbriklərlə,

 

Azərbaycan. - 2015.- 30 dekabr.- S.2.