Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:

 

Şəlalə Ağakərim qızı Məmmədova   - Mülki Kollegiyanın sədri

Hikmət Abbas oğlu Mirzəyev            - İnzibati-İqtisadi Kollegiyanın sədri

Şahin Yaşar oğlu Yusifov                 - Cinayət Kollegiyasının sədri

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2015-ci il

 

Azərbaycan. - 2015.- 31 dekabr.- S.3.