Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,

Əziz İlham Heydər oğlu.

İlk növbədə Sizə ailənizə ən səmimi arzularımı çatdırmaq istərdim.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə xoşbəxt, sağlam dinc yeni il arzulayıram.

Fürsətdən istifadə edərək, bu ilin aprel ayında geniş vacib biznes nümayəndə heyətinin Azərbaycandan Niderlanda səfər etməsinə göstərdiyiniz dəstəyə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Bu tədbirin həmtəşkilatçıları iki günlük intensiv proqramın nəticələrindən çox razı qaldılar. Eyni zamanda, Azərbaycanın rəsmi biznes nümayəndə heyətinin bu proqram səfərlərdən çox razı qaldığını eşitməkdən şad olduq.

Bu xoş fürsətdən istifadə edərək, nümunəvi liderliyiniz ölkənizin əhəmiyyətli nailiyyətləri münasibətilə Sizi təbrik etmək istəyirəm. Ölkələrimiz arasında tərəfdaşlığı təşviq etmək istiqamətindəki bütün dəstək səylərinizi yüksək qiymətləndirirəm.

İcazə verin, Sizə ailənizə ən xoş arzularımı izhar edim.

Dərin hörmətlə,

 

Dr. Pyer Rene Hubert Mari van der Linden

Maastrixt Menecment Məktəbinin prezidenti,

Niderland Senatının sabiq prezidenti,

AŞPA-nın fəxri prezidenti

 

Azərbaycan. - 2015.- 31 dekabr.- S.3.