Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz on iki ildir respublikaya rəhbərlik edirsiniz. Bu müddətdə Azərbaycan sosial-iqtisadi inkişafda nəzərəçarpacaq uğurlar qazanıb. Energetika sahəsində Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir. Bizim tərəfdaşlığımızın əsasını 2014-cü ildə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ““RosneftNeft Şirkəti” ASC ilə SOCAR arasında imzalanmış saziş təşkil edir.

Məşhur Azərbaycan ədibi Mirzə Fətəli Axundzadə deyirdi: “Vətənpərvər Vətən yolunda canını belə əsirgəməyən insandır”. Azərbaycanın ümummilli lideri Rusiyanın həqiqi dostu Heydər Əlirza oğlu Əliyevin həyat yolu öz ölkəsinə xalqına fədakarcasına xidmət nümunəsi olub. Xalqlarımızın dostluğunun möhkəmlənməsində onun xidmətlərini lazımınca qiymətləndirmək çox çətindir. O, həmişə belə hesab edirdi ki, Rusiya Azərbaycan bir-birinə kömək etməli, bir-birini dəstəkləməlidir.

Bu gün tam əminliklə deyə bilərik ki, onun müdrik vəsiyyətləri həyata keçirilir.

Sizə doğmalarınıza möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına firavanlıq yeni-yeni uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

İqor Seçin

““RosneftNeft Şirkəti” ASC-nin

idarə heyətinin sədri

 

Azərbaycan. - 2015.- 31 dekabr.- S.3.