Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1002-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, 10, maddə 537; 2006, 2, maddə 67) ilə təsdiq edilmiş Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin 3.1.1-ci maddəsində tam məbləğdə sözlərindən sonra banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə sözləri əlavə edilsin.

Maddə 2. Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 8 fevral.- S.4.