Eksponatlar dil açanda tarix danışar

 

İçərişəhərtarixi muzeyində qədim

Bakının yaşıdı maddi-mənəvi sərvətlər az deyil

 

Hələ qədimlərdən muzeylər müqəddəs məbədgah sayılıb. Çünki onlar xalqın tarixi köklərini özündə əks etdirir, dünyaya tanıdır, mədəniyyətin təbliğində gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayırlar.

Bu gün muzeylərin fondlarında qorunan maddi-mədəniyyət nümunələri vasitəsilə tarixi gerçəkliklər öz təsdiqini tapır. Əsrlərdən bəri bizə gəlib çatan bu izlər özündə dövrünün, zamanının həqiqətlərini qoruyub saxlayır. Bu baxımdan muzeylərin üzərinə çox məsuliyyətli böyük vəzifələr düşür. Onların işi iki istiqamətdə formalaşır: elmi-tədqiqatlar əsasında ekspozisiyaların yaradılması mədəni irsin təbliği.

Belə muzeylər respublikamızda az deyil. Onlardan biriİçərişəhərtarixi muzeyidir. Bu, həmin muzeydir ki, qədim Bakının keçmişini özündə əks etdirən dəyərli maddi-mədəniyyət nümunələrini toplayır öz gündəlik fəaliyyətində bu prinsipi əsas tutaraq, tarixi hadisələri öyrənmək üçün onları elmi-tədqiqata cəlb edir.Təbii ki, hər bir muzeydə olduğu kimi, burada da araşdırma işlərində arxiv sənədlərindən, fond materiallarından,  ədəbiyyatlardan bir çox digər mənbələrdən istifadə olunur. Sözsüz ki, tədqiqat predmeti sahələri üzrə elmi müəssisələr mütəxəssislərlə vaxtaşırı məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu şərtlərə əməl etməklə tədqiqat obyektləri eksponat səviyyəsinə çatdırılır onların elmi təsvir vərəqləri tərtib olunur. Bu isə tədqiqatçıların ilkin istinad mənbələri sayılır.

Qədim Bakı həyatının bir parçasını təsvir edən tətbiqi sənət, metal, fotolar, qrafika, boyakarlıq, qədim geyimlər, şəhərin tarixindən danışan sənədlər, əlyazmalar, videolentlər, özündə zamanın həqiqətlərini qoruyan arxeoloji sikkələr, möhürlər, silahlar, adət-ənənələrini yada salan müxtəlif məişət əşyaları bu kimi maddi mənəvi dəyərlər muzeyin fondunda böyük qayğı ilə qorunub saxlanılır.

Bildiyimiz kimi, Bakı əhalisinin məişətində geniş istifadə olunan müxtəlif növ sənətkarlıq nümunələri ayrı-ayrılıqda yarandıqları dövrün tarixini özündə əks etdirir. Bu səbəbdən onlar geniş elmi-tədqiqat predmeti olaraq, müxtəlif dövrlərin etnoqrafiyasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edirlər. Tarixi yüzilliklərlə ölçülən, nəsildən-nəslə keçərək xalqın məişətində yaşayan bu eksponatlar Bakının iqtisadi həyatında mühüm rol oynayan, ticarət əlaqələrini müəyyənləşdirən, hakimiyyət dəyişikliklərini göstərən, Azərbaycan feodal dövlətlərinin müəyyən dövrlərdə müstəqil olub-olmadığını özündə əks etdirən dəfinələr, sikkələr nominallardır.

Numizmatik məlumatlar artıq XIV əsrin birinci yarısının sonunda Bakıda üzərində Hülaku sülaləsinə mənsub Süleymanın Bakuyəşəhərinin adları həkk olunmuş sikkələr (gümüş dirhəm) kəsildiyini göstərir. Bu, həmin vaxt Şirvanın iri şəhərlərindən olmuş Bakıda zərbxana olduğunu sübut edir. Fonddakı sikkələrin əksəriyyəti Səfəvilər dövrünün pul vahidləridir. 200 ildən artıq hakimiyyətdə olan Səfəvilər ölkəmizin (Gəncə, Naxçıvan, Bərdə) şəhərlərində pul vahidləri zərb etmişdi. Burada zərb olunan pulların ayrı-ayrı ölkələrdə aşkar edilməsi orta əsrlərdə Azərbaycanın dünyada geniş iqtisadi əlaqələrə malik olduğunu təsdiqləyən amillərdən biridir.

Azərbaycanın Səfəvilər hakimiyyəti dövrü bu baxımdan vətənimizin tarixinin, xüsusilə iqtisadiyyatının mədəniyyətinin yüksək inkişaf mərhələsi kimi göstərilir. Çünki həmin dövlətin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkə daxilində yalnız Səvəvilər dövlətinin pulları qəbul edilirdi. Onlar qeyri-adi möhür məzmununa malik idi. Şah Abbasın pul islahatı azərbaycanlıların yaddaşlarında daha uzunömürlü oldu. Belə ki, yaşlı nəsil hələ abbası”, “şahıkimi sözlərdən istifadə etməkdədirlər.

Heç təsadüfi deyil ki, “İçərişəhərtarixi muzeyinin fondundakı sikkə pul nümunələri toplusu Çin məscidindəAzərbaycan pulları (miladdan əvvəl III əsr - XIX əsr)” adlı numizmatik ekspozisiyada nümayiş etdirilir.

Hər yerdə olduğu kimi, Bakı Abşeron əhalisinin gündəlik həyatında hələ qədim zamanlardan inanclar mövcud olmuşdur. Uşağı bədnəzərdən qorumaq, həmçinin  nəzəri götürmək üçün müxtəlif ayinlərin keçirilməsi müasir dövrümüzdə öz mahiyyətini itirməyərək yaşamaqdadır.

Azərbaycanda qədim xalq inancları ilə bağlı ən çox maraq doğuran isə fondda da dəyərli eksponatlardan hesab edilən metal qablardır. İnsanların ibtidai təsəvvürlərinə görə, metal şər qüvvələrlə mübarizədə daha çox təsirli vasitə hesab olunurdu. Şər qüvvələrin metal alətlərin səsindən bərk qorxduqlarına da mistik inam var idi. Odur ki, bir hadisə zamanı insanlar mis qabları, ləyənləri bir-birinə döyür səs-küy salırdılar ki, şər qüvvələr uzaqlaşsın.

İçərişəhər ərazisində vaxtaşırı aparılan qazıntılar nəticəsində tapılan müxtəlif növ arxeoloji materiallar muzey fondunda tədqiq olunur. Son vaxtlar elmi heyətin marağına səbəb XIX əsrlərə aid əczaçılıq məmulatları toplusudur. Bu da Bakı şəhərində əttar dükanları deyilən ənənəvi Şərq apteklərinin mövcud olması fikrini irəli sürür.

Azərbaycanda türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, ovsun təbii dərman vasitələri ilə müalicə) eramızın IV əsrində daha geniş yayılmışdır. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən), dərmana isə ota deyirdilər.

VII-VIII əsrlərdə ərəb istilasından sonra Azərbaycanda İslam tibbi deyilən yeni konsepsiya yayıldı. XI əsrdə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərində məlhəm mədrəsəsi yaradılması haqqında da məlumatlar az deyil. Bu elm ocağının banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər olub. Bu mədrəsədə tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı, riyaziyyat, məntiq, ilahiyyat s. fənlər tədris edilib.

Orta əsrlərdə tapılmış əlyazmalardan isə məlum olur ki, Azərbaycanda dərman hazırlamaqla məşğul olan adamlar əttar adlanır. Əttarlar dərman bitkilərini yığıb, qurudub saxlanması onun satışı ilə məşğul olan insanlardır. Bakı Abşeron ərazisindəki bitkilərdən tibbi məhlullar düzəldirdilər.

Bakı nefti ilə bir sıra xəstəliklər müalicə olunurdu. Qara qızıl”ın şəfaverici xassələri Azərbaycandan çox-çox uzaqlarda məşhur idi. Bura müxtəlif ölkələrdən müalicəyə gəlirdilər. Mənbələr yazır ki, Bakıda çox pis iyli qara yağ (qudron neft) mənbəyi var. Ondan qaşınma qotur tutmuş dəvələri yağlamaq üçün istifadə edirdilər.

Bir vaxtlar Qoşa qala qapısından sağ tərəfdə Şəhər gömrüyü yerləşirdi. Qədim şəhərdə hələ o vaxtlar sanitariya-gigiyena qaydalarına ciddi riayət olunurdu. Şəhərə daxil olan hər kəs öncə burada yuyunur, onların yük heyvanlarının ayaqlarına qudron neftdən hazırlanmış xüsusi məhlul çəkilirdi ki, bu da antiseptik rol oynayırdı. Bakılıların çoxu sabun əvəzi adət etdikləri gil və gilabidən istifadə edirdi. O, təkcə başı yumaqdan ötrü deyil, eyni zamanda, saçları möhkəmləndirir və başağrılarını götürürdü.

Deyilənlər bir daha sübut edir ki, xalq məişətində istifadə olunan bu əşyalar mənəvi mədəniyyətin tarixi inkişaf yolunu dərindən öyrənmək baxımından çox dəyərlidir. Beləliklə, eksponatlarla  tanışlıq göstərir ki, bütün bu zəngin mənəvi dəyərlər, qədim zamanlarda xalqımızın həyat tərzi, məişəti, arzu və istəyi haqqında ətraflı təsəvvür yaradır. Bu misilsiz incilər - eksponatlar zamanları və insanları yaxınlaşdıra, birləşdirə bilir, onlarda əməyə, torpağa qayğı və xalqına məhəbbət hisslərini daha da gücləndirir.

Nəhayət, onu da qeyd etmək lazımdır ki, təbiətin öz qanunauyğunluğu ilə baş verən  proseslərin qarşısını almaq mümkün olmasa da, itkiləri minimum həddə endirmək vacibdir.  Tarixi yadigarlar olan eksponatların qorunması, onlara yeni həyat verilməsi də məhz bu baxımdan olduqca  zəruridir. Bu eyni zamanda dövlət qayğısı ilə yanaşı, hər bir muzey əməkdaşından da yaradıcı münasibət tələb edir. Eksponatların funksional xüsusiyyətlərinin itirilməsinin, məhv olmalarının qarşısını alaraq, onların elmi tədqiqini, bərpa və konservasiyasını təmin edib,  olduğu kimi gələcək nəsillərə saxlamaq muzey  işçilərinin bilavasitə vəzifəsi, həm də vətəndaşlıq borcudur.

 

Nahidə BƏKİROVA,

“İçərişəhər” tarixi muzeyinin elmi tədqiqatlar bölməsinin müdiri

Azərbaycan.-2015.- 8 fevral.- S.8.