Abadlıq, quruculuqinkişaf məkanı - Nərimanov rayonu

 

Ötən 11 ildə baş verən sürətli tərəqqi, hərtərəfli yenilənmə və modernləşmə Azərbaycanı dünyaya yeni formada təqdim etməyə imkan yaradıb. Bu müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata vəsiqə aldığını, gerçəkliyə çevrildiyini göstərməklə yanaşı, Azərbaycanın hər bir sahədə qazandığı nailiyyətlərin çoxşaxəli və möhtəşəm olmasından xəbər verir. Nəticə etibarilə belə uğurlar ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, aparıcı dövlətlərlə bir sırada dayanmasına, söz sahibinə çevrilməsinə zəmin yaradıb, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin edib.

Ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2014-cü ildə də ölkəmizin iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, dövlətin, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatlar perspektiv inkişafa, xalqın rifahının durmadan yaxşılaşdırılmasına münbit şərait yaradıb.

 

Zövqlə aparılan quruculuq və abadlıq işləri rayonu daha da gözəlləşdirib

 

Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da ötən il yüksək templə davam edib. Ümumiyyətlə, rayonun inkişafından danışarkən ilk növbədə qeyd etməliyik ki, bu yuksəlişə və qazanılan hər bir nailiyyətə Prezident İlham Əliyevin göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Nərimanov rayonunda mühüm infrasturktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, yeni inzibati binalar istifadəyə verilib. 2014-cü ilbu baxımdan əlamətdardır.

Ötən il Nərimanov rayonunda yaşayış binalarının milli memarlıq üslubunda yenidən qurulması və yeraltı piyada keçidlərinin inşa olunması, Z.Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilib. Xüsusən 1-ci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlər təxirə salınmadan həyata keçirilib. Yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə aparılıb. İlk növbədə Z.Bünyadov prospektinin uzunluğu 15 kilometr olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulub, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilib. Səkilər yenidən qurulub, yaşıllıqlar salınıb. Hazırda bu sahədə işlər dinamik davam edir və yaxın vaxtda başa çatdırıldıqdan sonra Z.Bünyadov prospekti şəhərimizin ən gözəl prospektlərindən birinə çevriləcək.

Ötən il Nərimanov rayonunda Bakının ümumi görkəminə xələl gətirən və istismar müddəti başa çatmış, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilib. Heydər Əliyev prospekti, K.Rəhimov, akademik Həsən Əliyev küçələrində yerləşən bu binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasında və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasında son tamamlama işləri həyata keçirilir və artıq binanın birinci mərhələdə inşa olan hissəsinə sakinlərin köçürülməsinə başlanılıb. Heydər Əliyev prospektinin yenidənqurulması ilə əlaqədar istismar müddətini keçmiş 8 ədəd yaşayış binasının sökülərək yerində müasir, milli memarlıq üslubunda 4 ədəd 7 mərtəbəli yeni yaşayış binalarının tikintisi uğurla davam etdirilir. Həmin binalarda yaşayan 320 nəfər sakin əvvəlcədən kirayə haqqı ödənilməklə köçürülüb, tikinti işləri tam başa çatdırıldıqdan sonra sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz çox olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillər onların istifadəsinə veriləcək.

Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidənqurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illər paytaxtda ardıcıl tədbirlər davam edir. Bunlardan biri də Nərimanov rayonunun K.Rəhimov küçəsində salınan və öz füsunkar gözəlliyi ilə seçilən parkdır. İki hissədən ibarət olan parkın birinci hissəsi xeyli əvvəl sakinlərin istifadəsinə verilib, ikinci hissəsi isə ikimərtəbəli yeraltı dayanacaqla birlikdə 2014-cü ilin dekabrında istifadəyə verilib. Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib, müxtəlif fəvvarələr quraşdırılıb. Rayon ərazisində salınan bu park Bakı şəhərinin simasının daha da gözəlləşməsi, paytaxt sakinlərinin istirahəti baxımından çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev 2003-cü ildən bugünədək 71 dəfə Nərimanov rayonunda olub, müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə maraqlanıb. Bu tədbirlərdən 8-i 2014-cü ilə təsadüf edir. Ölkə başçısı 2014-cü ildə Nərimanov rayonunda respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin, Respublika İdman Tibb, DiaqnostikaReabilitasiya İnstitutunun, K.Rəhimov küçəsində yeni salınan istirahət parkının və yeraltı avtomobil dayanacağının istifadəyə verilməsinin, Z.Bünyadov prospektinin yenidən qurulmasından sonra açılış mərasimlərində iştirak edib. Prezident İlham Əliyev Nərimanov rayonunda inşası davam etdirilən digər yol qovşaqlarında və yol ötürücülərində, o cümlədən Bakı Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində həyata keçirilən tikinti işlərinin, 1-ci Avropa Oyunlarına hazırlıqla bağlı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə görülən abadlıq və quruculuq işlərinin gedişi ilə də tanış olub. 2014-cü ildə Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak edib.

 

Sosial-iqtisadi artım 2014-cü ildə də təmin olunub

 

Nərimanov rayonunun sosial-iqtisadi həyatındakı inkişaf 2014-cü ildə də saxlanılıb, yeni nailiyyətlər qazanılıb. 2014-cü ilin respublikamızda “Sənaye ilielan edilməsi Nərimanov rayonunun iqtisadi həyatına təsirsiz ötüşməyib. Belə ki, 2014-cü ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib. Statistik rəqəmlər də ötən il nəzərəçarpacaq müsbət dəyişikliklərin baş verdiyini təsdiq edir:

- ötən il 2 milyard 632,4 milyon manatlıq məhsul istehsal olunub, 2013-cü ilə nisbətən 35 faiz artım əldə edilib;

- istehlakçılara 2 milyard 626,8 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,8 faizi qədər sənaye məhsulu göndərilib;

- istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,7 faiz təşkil edib;

- sənaye kompleksində işləyənlərin sayı 794 nəfər artaraq 10766 nəfər təşkil edib, onların orta nominal əməkhaqqı 12,8 faiz artaraq 515,2 manata çatıb;

- yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2014-cü ildə 4206 daimi yeri açılıb;

- il ərzində bütün mənbələr hesabına əsas kapitala 600,2 milyon manatlıq investisiya qoyulub;

- əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 321,8 milyon manat təşkil edib;

- ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1 milyard 204 milyon manat olmaqla 25,2 faiz, əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 123,5 milyon manat olmaqla 47,5 faiz artıb.

Nərimanov rayonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Azərbaycan Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilib. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərə baxılması işi davam etdirilibil ərzində qeydiyyatda olan 25 min nəfər pensiyaçıya hər ay 4 milyon 711 min manat vəsait ödənilib.

Rayon ərazisində fəaliyyət göstərən sığorta olunanların qeydiyyatı işi sürətlə davam etdirilib, il ərzində 3467 ədəd sosial sığorta şəhadətnaməsi alınaraq onlara təhvil verilib. İl ərzində Məşğulluq Mərkəzinə 462 nəfər qadın olmaqla 1348 nəfər işaxtaran vətəndaş müraciət edib ki, onlardan da 940 nəfəri müxtəlif yerləri ilə təmin olunub. Bu dövr ərzində 128 nəfər işsizişaxtaran vətəndaş, o cümlədən, 60 nəfər gözdən əlil peşə hazırlığı kurslarına cəlb edilib, 108 nəfər işaxtaran vətəndaşa işsiz statusu verilərək işsizlik müavinəti təyin edilib. İl ərzində 1060 ailəyə və ya 4040 ailə üzvünə orta hesabla hər ailəyə 137,5 manat ünvanlı sosial yardım ödənilib.

 

Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri daha da möhkəmlənib

 

Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında iqtisadi-siyasi və mədəni sahədə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. İndiyədək Prezident İlham Əliyevin göstəriş və tapşırığı ilə Həştərxan şəhərində sosial sahəyə xeyli investisiya cəlb edən genişmiqyaslı layihələr həyata keçirilib.

Ötən il bu əlaqələr bir qədər də inkişaf edərək daha da möhkəmlənib. Həyata keçirilən layihələrin davamı olaraq Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Voljskiy küçəsində “Dostluquşaq bağçasının təməli qoyulub. 2014-cü il mayın 15-dən uşaq bağçasının inşasına başlanılıb, həmin ilin sentyabr ayının 29-da Prezident İlham Əliyevin iştirakı ilə uşaq bağçasının təntənəli açılış mərasimi keçirilib. Ümumi sahəsi 2800 kvadratmetr olan yarızirzəmili, 3 mərtəbəli, 140 yerlik uşaq bağçasında aparılan tikinti işləri uğurla başa çatdırılıb, lazımi mebel və digər avadanlıqlarla təchiz edilib, ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Açılış mərasimində Prezident İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təbrik nitqləri söyləyib, rəmzi lenti kəsib və bağçaya baxış keçirərək uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.

Ötən il Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyətinin ölkəmizə, eyni zamanda Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə dəfələrlə rəsmi və işgüzar səfərləri olub. Səfərlər çərçivəsində keçirilmiş görüş və qəbullar zamanı ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin, sosial-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi önə çəkilib, habelə dövlətimiz tərəfindən Həştərxan şəhərində reallaşdırılmış layihələr qeyd olunub və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Onu da qeyd edək ki, ötən ilin aprel-may aylarında Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə möhtəşəm silsilə tədbirlər keçirilib.

 

Vətəndaş müraciətləri diqqətlə öyrənilir və araşdırılır

 

Əhalinin rifahının yaxşılaşdırılması, habelə onların problem və təkliflərinin öyrənilməsi məqsədilə vətəndaşlarla birbaşa ünsiyyət vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti var. Vətəndaşların müraciətlərində verilmiş təkliflərin heç biri nəzərdən qaçmır, öyrənilir və araşdırılaraq baxılır. Bu məsələ Nərimanov rayonunda da daim diqqət mərkəzindədir. Rayon rəhbərliyi tərəfindən 2014-cü ildə yerlərdə 26 səyyar qəbul və görüş keçirilib. Bu görüş və qəbullar zamanı edilən 227 müraciətdən 218-i həll olunub, 9-u isə nəzarətə götürülüb. Keçirilən səyyar görüş və qəbullarda qaldırılan məsələlər küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin təmiri və tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı olub.

Rayon icra hakimiyyətinə vətəndaşlar tərəfindən edilmiş müraciətlər də təhlil olunub və icrasına ciddi nəzarət edilib. Bu müraciətlər torpaq sahəsinin ayrılması, evya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və sairə ilə bağlı olub. İl ərzində 226 nəfər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub.

Vətəndaşlar, həmçinin, “qaynar xətt” xidməti vasitəsilə də RİH-ə müraciət edə bilərlər. Xidmətin əsas məqsəd və vəzifələri dövlət qurumlarına çıxışın asanlaşdırılması, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, dövlət-vətəndaş, dövlət orqanı ilə cəmiyyət arasında münasibət və əlaqələrin keyfiyyətcə yeni müstəvidə inkişafı, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətin iştirakının genişləndirilməsi, minimum zaman kəsiyində vətəndaşların problem və şikayətlərinin daha çevikoperativ şəkildə həll olunmasından ibarətdir. Qısa vaxt ərzində artıq xidmətə 766 müraciət daxil olub. Onlardan 535-i tam həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.

Bütün bunlar göstərir ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətlərdə 2014-cü il ərzində çox böyük işlər görülüb. Şübhə yoxdur ki, 2015-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər, tapşırıq və göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetiriləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 13 fevral.- S.6.