Azərbaycan həm də multimədəniyyətli cəmiyyətlər məkanıdır

 

Bakıda keçirilən beynəlxalq humanitar forumlarda da regionun təhlükəsizliyi baxımından Dağlıq Qarabağ probleminin həlli vacib amil sayılıb

 

Dünyada gedən proseslər tələb edir ki, humanitar sahəyə daha böyük diqqət göstərilsin. Əksər ölkələri eyni məqsəd uğrunda bir araya toplayan beynəlxalq tədbirlər bu baxımdan daha aktual əhəmiyyət daşıyır. Bakının belə mötəbər beynəlxalq humanitar forumlara ev sahibliyi isə təsadüfi deyil.

2014-cü ildə Bakıda keçirilən axırıncı forum öz işini iki gün ərzində başa çatdırsa da, onun mahiyyəti, tarixi əhəmiyyəti barədə aparılan təhlil və keçirilən diskussiyalar bir daha göstərdi ki, əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Forumun ayrı-ayrı “dəyirmi masa”larındakı diskussiyalarda qeyd edildi ki, burada yaşayan xalqların arasındakı dostluq və həmrəylik bu gündavam etməkdədir.

Yeri gəlmişkən xatırladaq ki, 2011-ci ilin 10 - 11oktyabr tarixlərində keçirilən “XXI əsr: ümid və çağırışları” adlı I Bakı Beynəlxalq Humanitar Forumda dünyanın 20-dən çox ölkəsindən qonaqlar iştirak etdilər. Forum çərçivəsində yeddi sahə üzrə (“Multikulturalizm: nailiyyətlər və problemlər”, “Dünyanı dəyişdirən müasir texnologiyalar”, “Elmlərin konvergensiyası”, “Biotexnologiyalar və etikanın problemləri”, “İnkişafın iqtisadi modelinin humanitar aspektləri”, “Sosial jurnalistika və yüksək texnologiyalar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri”) “dəyirmi masalar təşkil edildi.

2012-ci il oktyabrın 4-5-də keçirilən II Bakı Beynəlxalq Humanitar Forum da əvvəlkindən xeyli fərqləndi. 70 ölkə və 7 mötəbər beynəlxalq təşkilatdan 700 nəfərin iştirak etdiyi forumun iştirakçılarından 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimaisiyasi xadim idi. Forumda bir sıra istiqamətlər üzrə “dəyirmi masalar təşkil olundu.

2013-cü ilin 31 oktyabr - 1 noyabr tarixlərində keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak etdi. Onlardan 7 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 7-si dünyanın nüfuzlu fəxri professoru, 107-si isə görkəmli ictimaisiyasi xadim idi.

2014-cü ilin 2-3 oktyabr tarixlərində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun daha çox yadda qalması isə bir sıra amillərə əsaslanır. Forumda 63 ölkə və 4 mötəbər beynəlxalq təşkilat təmsil olundu. Burada iştirak edən 500 nəfərdən 4-ü sabiq dövlət başçısı, 14-ü Nobel mükafatı laureatı, 41-i görkəmli ictimaisiyasi xadim idi. Forum çərçivəsində paytaxt Bakı və ölkənin regionları, xalqımızın zəngin mədəni irsi və incəsənəti ilə tanış olmaq üçün geniş proqramlar təşkil olundu.

Xatırlatmaq yerinə düşər ki, 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasından mədəniyyət nazirləri dəvət edilmişdi. Həmin təşəbbüs “Bakı prosesi” adı ilə yaşayır və inkişaf edir. Belə beynəlxalq tədbirlər sırasına Bakıda keçirilən sivilizasiyalararası dialoq forumları da əlavə edilməlidir. Respublikamızın təşəbbüsü ilə bir neçə il öncə dünya dini liderlərinin zirvə toplantısı da paytaxt Bakıda keçirildi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Bakı beynəlxalq humanitar forumların mahiyyəti bu mənada genişdirtarixi əhəmiyyət daşıyır.

2014-cü il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd etdi ki, humanitar əməkdaşlığa, bu tipli məsələlərin həllinə həmişə böyük diqqət göstərilməsinə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşib. Azərbaycanın ərazi bütövlüyünün təcavüzkar Ermənistan tərəfindən pozulmasına, bunun nəticəsində torpaqlarının 20 faizinin ermənilər tərəfindən zəbt edilməsinə bir daha diqqət yönəldən dövlət başçısı onu da xüsusi vurğuladı ki, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib ki, yüzlərlə günahsız insan bunun qurbanı olub: “Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi şəkildə soyqırımı kimi tanıyıbdır. Bu münaqişə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmirbiz burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib olan məsələ 20 ildən artıqdır ki, kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur.”

Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanınması və onun qeyd-şərtsiz bərpa edilməsi, işğaldan əziyyət çəkən, öz yurdundan didərgin düşən soydaşlarımızın doğma torpaqlarına qayıtma hüquqları olduğunu forum iştirakçılarının nəzərinə çatdıran dövlət başçısı onu da bildirdi ki, həmin yerlərdə artıq həyat yoxdur, hər şey dağıdılıb.

Forumda da bildirildi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir. Bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, inkişaf gətirəcək, regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Lakin belə çətin münaqişə şəraitinə baxmayaraq, Azərbaycanın inkişafı dayanıqlıdır, o cümlədən humanitar sahədə son illər böyük uğurlara imza atılıb. Adı çəkilən sahə Azərbaycan hökuməti üçün prioritetlərdən biridir. Məhz ona görə də bu sahəyə investisiyalar qoyulur. Bunun nəticəsidir ki, humanitar məsələlər uğurla öz həllini tapır.

Azərbaycan Dillər Universitetində “Humanizm postmodern dövrün başlıca dəyəri kimimövzusunda keçirilən “dəyirmi masada Roma Apelyasiya Məhkəməsinin baş vəkili Antonio Marini məruzəsində qeyd etdi ki, terrorizmlə mübarizədə nəzərdə tutulan bütün tədbirlər beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir: “Dünyanın bütün mütərəqqi qüvvələri terror aktlarına qarşı birləşməli, bu bəlanın aradan qaldırılması üçün səfərbər olmalıdır.”

Meksika təmsilçisi Qabriela Kveys isə ölkəsində tolerantlığın təşviqi üçün müvafiq institutların təsis edildiyindən, multikulturalizmin inkişaf etdiyi bir ölkənin yaradılmasının vacibliyindən bəhs etdi. O, əmin olduğunu bildirdi ki, yeni ideyaların ortaya qoyulmasında Bakıda keçirilən beynəlxalq humanitar forumlar vacib rol oynayacaq.

Polşanın Lodz Universitetinin dosenti Monika Kopitovska çıxışında xüsusi olaraq vurğuladı ki, dünyanın bir çox yerində insanlar müxtəlif səbəblərdən əziyyət çəkirlər: “Bu problemlər cəmiyyətə media vasitəsilə çatdırılır. Media bəzi məsələlər barəsində yazmaqla yanaşı, həm də insanlar arasında təşviş yaradır, onlarda maraq oyatmaq, insanları təhlükələrlə bağlı tədbir görməyə motivasiya etmək üçün hər şeyi edir.”

IV Bakı Beynəlxalq Humanitar Forumunun qəbul etdiyi bəyannamə əvvəlkilərdən fərqlənən bəzi cəhətlərlə tarixə yazıldı. Beynəlxalq tədbirlərin təmsilçiləri qlobal əhəmiyyət kəsb edən bu kimi forumların hər il keçirilməsini zəruri saydılar.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 14 fevral.- S.7.