V.G.SmirnovunDostluqordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə Vitali Georgiyeviç SmirnovDostluqordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 12 fevral 2015-ci il

Azərbaycan.-2015.- 15 fevral.- S.1.