Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli TeleviziyaRadio Şurası haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 10, maddə 591; 2005, 3, maddə 173, 4, maddə 295; 2008, 10, maddə 888; 2009, 2, maddə 78; 2010, 3, maddə 189; 2011, 2, maddə 79) ilə təsdiq edilmiş Milli TeleviziyaRadio Şurası haqqında Əsasnamənin 14-cü bəndinin üçüncü abzasında vətəndaşlığından çıxdıqda sözləri vətəndaşlığına xitam verildikdə sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2015-ci il

Azərbaycan.-2015.- 15 fevral.- S.2.