Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 491; 2011, ¹11, maddə 995; 2013, ¹ 9, maddə 1048; 2014, ¹ 9, maddə 1060, ¹ 10, maddə 1177) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“7.6. Azərbaycan Respublikasının vətəndaşlığı məsələləri;”.

2. Aşağıdakı məzmunda 7.6-1-ci, 10.8-1-ci, 10.8-2-ci bəndlər və 13.1.17-1-ci, 13.2.8-ci yarımbəndlər əlavə edilsin:

“7.6-1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair məlumatlar;”;

“10.8-1. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.8-2. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların Sistemə daxil edilməsi;”;

“13.1.17-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları haqqında;”;

“13.2.8. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında;”.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 fevral 2015-ci il

Azərbaycan.-2015.- 15 fevral.-  S.2.