Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 29                                                  Bakı şəhəri, 5 fevral 2015-ci il

 

Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1030-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 806 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 58; 2009, ¹ 1, maddə 34; 2014, ¹ 10, maddə 1297) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “müfəttişlərinin” sözü “nəzarəti xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Dövlət fitosanitar müfəttişlərinin icrası məcburi olan qərarlarının və göstərişlərinin forması, onların tərtib edilməsi və verilməsi Qaydası” üzrə:

2.1. adında, 1-ci, 8-ci, 9-cu hissələrində “müfəttişlərinin” sözü “nəzarəti xidmətinin” sözləri ilə, 7-ci hissəsində “müfəttişləri” sözü “nəzarəti xidməti” sözləri ilə əvəz edilsin;

2.2. 1-5 nömrəli əlavələrin adında “müfəttişlərinin” sözü “nəzarəti xidmətinin” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmişFitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası”nın 6-cı hissəsində “müfəttişləri” sözü “nəzarəti xidməti” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 15 fevral.- S.3.