Aqrar sektorun inkişafı təkcə iqtisadi yox, həm də sosial məsələdir

 

“Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük uğurdur.”

İlham ƏLİYEV

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunmuşdur. Bu o deməkdir ki, cari il ölkə iqtisadiyyatında prioritet istiqamət aqrar sektordur. Əslində, Azərbaycanda müstəqillik bərpa ediləndən kənd təsərrüfatı həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Həmin illər ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yeni iqtisadi münasibətlər şəraitində islahatlara aqrar sektordan başlanılması təsadüfi deyildi.

Çünki bütün dövrlərdə, xüsusən də kəskin sosial-iqtisadi böhran zamanı hökumətin ilk və əsas vəzifəsi əhalinin ərzaq təhlükəsizliyini təmin etməkdən ibarətdir ki, o da səmərəli islahatdanoperativ qərarlardan asılı olur. Beynəlxalq iqtisadistatistika təşkilatlarının kənd təsərrüfatını, başqa sözlə, ərzaq məhsulları istehsalını iqtisadiyyatın vacib sektoru kimi qəbul etməsi də təsadüfi deyil. Bu mənada ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi münasibəti, bu istiqamətdə atdığı addımları, qəbul etdiyi qərarları respublikanın ərzaq təminatı sarıdan gələcəyinə hesablanmış siyasət kimi qəbul olunmalıdır.

On bir ildən çoxdur ki, həmin siyasəti Prezident İlham Əliyevin ardıcıllıqla və mövcud şəraitə uyğun davam etdirməsi isə Azərbaycanın bəxtinin üzünə gülməsi kimi dəyərləndirilməlidir. Uzun müddət iqtisadiyyat elmi ilə məşğul olan alim kimi deyə bilərəm ki, bu gün dünyanın heç bir ölkəsində aqrar sektora dövlət səviyyəsində Azərbaycandakı qədər qayğı göstərilmir, maddi dəstək verilmir, güzəştlər edilmir. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanların cüzi torpaq vergisindən savayı bütün vergilərdən azad edilməsi, onlara güzəştli qiymətlərlə yanacaq, motor yağı, gübrə, texnika, cins mal-qara satılması, taxıl əkilən hər hektara görə konkret məbləğdə vəsait verilməsi və s. adi faktlar deyil. Heç şübhəsiz ki, dövlətə milyonlarla manata başa gələn bu əvəzsiz güzəştlər olmasaydı bu gün Azərbaycan özünü, məsələn, mal əti ilə 87, qoyun əti ilə 97, quş əti ilə 98, yumurta ilə 100, südsüd məhsulları ilə 76, üzümlə 98, bostan məhsulları ilə 100, meyvə ilə 120, tərəvəzlə 103, kartofla 90 faiz təmin edə bilməzdi. Bunlar hələ gündəlik istehlak etdiyimiz vacib ərzaqlardır və yerli istehsal hesabına daxili tələbatı ödədiyimiz digər kənd təsərrüfatı məhsulları da az deyil.

Amma qarşıda bütün əsas məhsullar üzrə nəinki daxili bazarı təmin etmək, hətta ixracı artırmaq kimi mühüm vəzifə var. Prezident İlham Əliyev 3-cü regional inkişaf dövlət proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bu barədə belə demişdir: Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik... Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektoru inkişaf edə bilməz... Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər... Biz Avropa bazarlarına da çıxmalıyıq. Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir... İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?!”

Bu yerdə xüsusi vurğulamaq istərdik ki, sözügedən konfransda dövlət başçısı aqrar sektorun Azərbaycan iqtisadiyyatı, xüsusən onun qeyri-neft bölməsi üçün əhəmiyyətini bir daha xatırlatmışdır: “Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir”.

Prezidentin aqrar sektora bu yanaşması Naxçıvan Muxtar Respublikasında da əsas fəaliyyət istiqaməti kimi götürülür və kənd təsərrüfatının inkişafına həmin yanaşmanın tələbləri çərçivəsində hərtərəfli dəstək verilir. Təkcə bir neçə fakta nəzər salaq: aparılan meliorasiyairriqasiya tədbirləri nəticəsində muxtar respublikada 2014-cü ilin nəticələrinə görə əkin dövriyyəsində olan torpaq sahələri 60 min 829 hektara çatmışdır ki, bu da 1991-ci ildəkindən 2,3 dəfə çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi isə 2008-ci ilə nisbətən 3,5 dəfə artmışdır. Təkcə ötən il Naxçıvan MR- 103,7 min ton taxıl istehsal olunmuşdur. Digər sahələr üzrə məhsul istehsalı xeyli çoxalmışdır. Bu gün regiondakı anbarlar 27 min ton taxılı, 12,2 min tondan çox başqa kənd təsərrüfatı məhsullarını saxlamağa imkan verir. Belə soyuducu anbarların sayı isə 20-yə çatmışdır.

Muxtar respublikada əkin sahələrinin suvarma suyuna olan tələbatı da lazımi səviyyədə ödənilir. Təkcə son illər müxtəlif ərazilərdə 100 nasos stansiyası, 700-dən çox subartezian quyusu, 30-dan artıq gölsu anbarları istifadəyə verilmişdir. Bunlardan başqa, ötən il Uzunoba su anbarı yenidən qurulmuş, 9 kəhriz təmir edilmişdir. Eyni zamanda, torpaqların şoranlaşmasına qarşı ardıcıl tədbirlər görülür. 22 kilometr drenaj sisteminin yaradılması bu problemin qarşısını almaqda mühüm rol oynayır.

Texnika əkinçinin sağ əlidir. Müasir dövrdə isə texnika əkinçi üçün bəlkə də daha artıqdır. Bu mənada Naxçıvan MR-də məhsul istehsalçılarının elə bir ciddi problemi yoxdur. Muxtar respublikada 2005-ci ildən fəaliyyətə başlayan “Naxçıvan Aqrolizinq” ASC əkinçilərin vaxtında və lazımi sayda texnika, eləcə də mineral gübrələrlə təmin edilməsi üçün bütün tədbirləri görür. Bu gün naxçıvanlı məhsul istehsalçılarının ixtiyarında müxtəlif təyinatlı yüzlərlə texnikanın olması, onlara tonlarla mineral gübrələrin verilməsi məhz həmin tədbirlərin nəticəsidir. Amma nəticələr təkcə bunlardan ibarət deyil.

Bu gün Naxçıvan MR-də 116 növdə və 335 çeşiddə ərzaq məhsulu istehsal olunur. Yalnız ötən il muxtar respublika üzrə ümumilikdə 355,1 milyon manatlıqdan çox kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 2013-cü ildəkindən 6,1 faiz çoxdur. Regionda son 10 ilə nisbətən taxıl istehsalı 41, tərəvəz istehsalı 25, meyvə və giləmeyvə istehsalı 46 faiz artmışdır. Bütün bu artımlar həm də Naxçıvan əkinçilərinə imkan verir ki, onlar ixracla məşğul olsunlar. Təkcə ötən mövsüm xarici ölkələrə 36 milyon manatlıq Naxçıvan nemətləri satılmışdır.

Təbii ki, ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının aqrar sektorda əldə etdiyi nəticələr son hədd deyil. Qarşıda ərzaq təhlükəsizliyimizi tam öz istehsalımız hesabına ödəmək kimi vacib məsələnin həlli varcari ilin “Kənd təsərrüfatı ilielan olunması bu məsələnin həlli yolunda atılan növbəti addımdır. Dövlət başçısı bu il yanvarın 27-də keçirilmiş konfransda demişdir: “Kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir.”

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, Naxçıvan

 Dövlət Universitetinin professor

Azərbaycan.-2015.- 15 fevral.- S.7.