Folklor paytaxtının uğurları

 

Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları Proqramına əsasən Balakənin 2014-cü il üçün Azərbaycanın folklor paytaxtı elan edilməsi rayonun mədəni həyatını daha da zənginləşdirdi.

Ötən ilin əvvəllərindən rəngarəng tədbirlər bir-birini əvəz etdi. Fevral ayından etibarən rayon üzrə folklor kollektivlərinin baxış müsabiqələri, Balakənin folklorunu, adət-ənənələrini, mətbəxini əks etdirən silsilə tədbirlər keçirildi.

Folklor paytaxtı proqramına uyğun olaraq Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsi mart ayında teatr həftəsi təşkil etdi. Rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin birbaşa iştirakı ilə Şahsənəm və Gülpəri, Müsyö Jordan və Dərviş Məstəli Şah, O olmasın, bu olsun, Pəri cadu və Nüsrət Kəsəmənlinin Yaddan çıxmaz Qarabağ əsərinin motivləri əsasında səhnələşdirilmiş Vəfalı xarı bülbül tamaşaları böyük maraqla qarşılandı.

Mart-aprel aylarında isə tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi və qədim el oyunları, həmçinin atüstü milli oyunlar təşkil edildi. Hər il Şəkidə keçirilən atüstü Çövkən oyunlarında fəal iştirak edən Balakən komandasının festival çərçivəsində Zaqatala, Qax, Şəki çövkənçiləri ilə keçirdiyi görüşlər yerli sakinlərin və rayona gələn qonaqların böyük marağına səbəb olub.

Folklor paytaxtı tədbirləri çərçivəsində Folklorşünaslığın təbliğində alimlərimizin rolu, Balakənə aid Sən tarixlər beşiyisən elmi-praktik konfranslar keçirilib. Balakənin Heydər Əliyev Mərkəzində mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəz və rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə Folklorumuz və milli-mədəni dəyərlərimiz mövzusunda dəyirmi masa təşkil edilib. AMEA-da çalışan tanınmış alimlərin iştirakı ilə keçirilən dəyirmi masada Ənənəvi mədəniyyətimizin çağdaş paytaxtları: Balakən folklorunun təbii-sosial qaynaqları, Balakənin mədəniyyətinin, dini inanclarının, milli mətbəxinin, ulu ozanlarımızın sənətinin qorunub saxlanması və təbliği işində muzeylərimizin rolu və Balakənin söz sənəti mövzularında məruzələr edilib.

Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri R.Seyidova söhbət zamanı qeyd etdi ki, veteran mədəniyyət işçiləri ilə gənclərin görüşü, musiqi bayramı və digər tədbirlər də unudulmaz xatirəyə çevrilib.

Ötən ilin sentyabrında Mədəniyyət və Turizm Nazirliyinin Balakən Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Balakən Payızı FolklorTurizm Festivalının əhatə dairəsi isə daha geniş olub. Festivalda Dağıstandan, Gürcüstandan, Ağdam, İsmayıllı, Masallı, Şəki, QaxZaqatala rayonlarından folklor kollektivləri iştirak ediblər. Rəngarəng çıxışlardan sonra festival iştirakçıları Heydər Əliyev parkındakı Sənətkarlar evinin qarşısında təşkil edilmiş Balakən mətbəxi və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxıblar.

Folklor paytaxtı proqramı xətti ilə keçirilən digər tədbirlərdən də bəhs etmək olar. Ən əsası odur ki, paytaxt ilini Balakən yüksək səviyyədə başa vurduözünü ilboyu keçirilən tədbirlərlə müsabiqə qalibi adına layiq təqdim edə bildi. Bu paytaxt qayğıları ilə yanaşı, Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsi Moldovanın Komrat şəhərində keçirilən Xədərləz Beynəlxalq Folklor Festivalı da daxil olmaqla 7 festivalda iştirak edib.

Onu da qeyd edək ki, Balakənin mədəni həyatının zənginləşməsində rayonda görülən tikinti-quruculuq işləri də mühüm rol oynayır. Özünəməxsus milli-mənəvi dəyərlərə, zəngin folkloraxalq sənətkarlığına malik Balakən bu gün inkişaf tempimüasir görkəmi ilə də hər kəsi heyran edir.

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 17 fevral.- S.8.