Prezident İlham Əliyev Mingəçevirdə ulu

 öndər Heydər Əliyevin abidəsini ziyarət edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev Mingəçevir şəhərinə səfəri

 

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə burada aparılan abadlıq işləri barədə məlumat verdi.

 

Azərbaycan.-2015.- 25 fevral.- S.1.