Prezident İlham Əliyev Mingəçevir “KürOlimpiya

Tədris-İdman Mərkəzində olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına birinci Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olubbu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan “KürOlimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə təşkil olunacaq.

Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

 

Azərbaycan.-2015.- 25 fevral.- S.3.