Bizim Bülbül - dünyanın bülbülü

 

Azərbaycan vokal sənətinin banisi dahi Bülbülə

 həsr olunmuş kitabın təqdimetmə mərasimi keçirildi

 

Milli-mənəvi dəyərlərinin kökləri qədim zamanlara gedib çıxan xalqımızın XX əsrdə mədəni həyatında yeni bir dövr başlandı ki, bu da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidməti əvəzsizdir. Fondun muğam sənətinin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər də xüsusilə əhəmiyyət kəsb edir.

Azərbaycan mədəniyyətinin əsas sahələrindən biri olan musiqinin təbliği və inkişafı dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Pirallahı rayonunda da bu sahəyə böyük maraq göstərilir. Buradakı 14 saylı Uşaq Musiqi Məktəbində fortepiano, xalq çalğı alətləri, xor və nəzəriyyə şöbələri fəaliyyət göstərir.

Bu günlərdə məktəbdə Azərbaycan vokal sənətinin banisi Bülbülə həsr olunmuşBizim Bülbül - dünyanın bülbülü” adlı  kitabın təqdimetmə mərasimi keçirildi. Bülbülün həyat yoldaşı Adilə Məmmədovanın müəllifi olduğu kitabda görkəmli sənətkarın həyat və yaradıcılığından geniş bəhs olunur.

Təqdimat məqasimini Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov açdı. Məktəbin müəllimi Faiq Kazımov Bülbülün həyat və yaradıcılığı haqqında danışdıqdan sonra təhsil ocağının fəaliyyəti ilə bağlı məlumat verdi.

Tədbirdə Bülbülün Azərbaycan musiqi sənətinə verdiyi misilsiz töhfələrdən söhbət açıldı. Qeyd olundu ki,  kiçik yaşlarından zil və məlahətli zəngulələrinə görə xalq tərəfindən “Bülbül” adı verilmiş korifey sənətkar bənzərsiz səsi, özünəməxsus ifa tərzi ilə Azərbaycan musiqi xəzinəsinə misilsiz töhfələr verib. Onun teatr səhnəsindəki ilk addımı isə Məşədi Cəmil Əmirovun 1916-cı ildə Gəncədə tamaşaya qoyulmuş “Seyfəl-mülk” operası ilə bağlıdır. Bülbül 1920-ci ildən Birləşmiş Dövlət Teatrı opera truppasının (1924-cü ildən Azərbaycan OperaBalet Teatrı) solisti olmuş, ilk illərdə Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. Geniş diapazonlu, məlahətli, axıcı səsli müğənni böyük aktyorluq istedadına da malik olub. O, yaratdığı obrazların xarakterini, daxili aləmini tamaşaçılara real boyalarla çatdıra bilmişdir. Koroğlu, Əsgər (Ü.Hacıbəylinin “Koroğlu”, “Arşın mal alan”), Qərib (R.Qleyrin “Şahsənəm”), Əlyar (M.Maqomayevin “Nərgiz”), Nizami (Ə.Bədəlbəylinin “Nizami”), Fərhad (NiyazininXosrovŞirin”), Aslan (Q.Qarayevin və C.Hacıyevin “Vətən”) və s. Koroğlu partiyası Bülbülün opera yaradıcılığının zirvəsidir.

Bülbül xalq mahnılarını, eləcə də təsnifləri böyük sənətkarlıqla ifa edib. Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin populyarlaşmasında da rolu əvəzsizdir. Mərasimdə xüsusi vurğulandı ki, Bülbül Asəf Zeynallının “Ölkəm”, Üzeyir bəy Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romanslarının ilk ifaçısı olmaqla, zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaradıb. Onun repertuarında Qərbi Avroparus klassiklərinin əsərləri də əhəmiyyətli yer tutub. Azərbaycan vokal musiqi ənənələrinin tədqiqi, rusAvropa opera mədəniyyəti ilə bu ənənələrin sintezis. məsələlərə aid bir çox əsərlərin müəllifidir.

Sonda Bülbül Memorial Muzeyinin nümayəndəsi kitabı musiqi məktəbinə təqdim edib. Məktəbin və Azərbaycan Dövlət Konservatoriyasının məzunu, fortepiano müəllimi Zarina Qəhrəmanovanın  müşayiəti ilə tədris ocağının xor kollektivinin üzvləri LeylaArzu Abbasova bacılarının ifasında Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı  ifa olunub.

 

Azərbaycan.-2015.- 25 fevral.- S.11.