Xətai rayonu: Bakının dinamik inkişafda olan ünvanı

 

Beynəlxalq birlikdə layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan ölkəmiz, dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər bir ili bütün sahələrdə əldə olunan uğurlarla başa vurur. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də qlobal böhran şəraitində Azərbaycan iqtisadiyyatı uğurlu siyasət nəticəsində mənfi xarici təsirlərə dayanıqlılıq nümayiş etdirdi, iqtisadi artımın davamlılığı təmin olundu. Makroiqtisadi sabitlik qorunub saxlanıldı və iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2015-ci il tarixli iclasında deyildiyi kimi, düşünülmüş iqtisadi siyasətin nəticəsində keçən il də ölkəmiz üçün uğurlu olub, bütün sahələrdə inkişaf təmin edilibiqtisadi artım 3 faizdir.

 

İqtisadi nailiyyətlərdə Xətai rayonunun da rolu var

 

Dinamik inkişafın uğurlu nəticələri Bakının aparıcı rayonlarından birinə çevrilmiş və 267 mindən çox sakinin yaşadığı Xətai rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərir. Rayonun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2014-cü ildə də saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları ilə bağlı dünən rayon icra hakimiyyətində keçirilən yığıncaqda bu barədə ətraflı söhbət açıldı. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Xətai rayonunda ucaldılmış abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular.

Yığıncağı giriş nitqi ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi, keçən il ölkəmiz üçün uğurlu olmuş, qarşıdakı bütün vəzifələr icra edilmişdir. 2014-cü il ölkəmizin davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Cənab Prezident İlham Əliyevin apardığı sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər əhalinin rifahının davamlı yüksəlməsini təmin edib.

Daha sonra Xətai rayonunun ötənilki sosial-iqtisadi yekunları ilə bağlı hesabat məruzəsi edildi. Bildirildi ki, paytaxtın mərkəzi rayonlarından birinə çevrilən Xətai rayonunda keçən il nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib. İlin yekunlarına görə, rayonun iqtisadisosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalının və xidmət sahələrinin dinamik inkişafını göstərir. Belə ki, 2014-cü ilin yekunlarına əsasən rayonda 1 milyard 15 milyon 139,8 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. İstehlakçılara göndərilən sənaye məhsulunun həcmi isə sənaye məhsulu istehsalının 100,1 faizini təşkil edib. İqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da müsbət nəticələr əldə olunub, hesabat ilində əvvəlki ilin eyni dövründəkindən 25,3 faiz çox genişçeşidli istehlak malları satılıb və 1,9 faiz çoxpullu xidmət göstərilib. Pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin həcminin getdikcə artmasına digər səbəblərlə yanaşı, istehlak bazarının müxtəlif çeşidli əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində alıcılıq qabiliyyətinin artması öz müsbət təsirini göstərib.

Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadisosial sahələrin inkişafı üçün bütün mənbələr hesabına 324 milyon 659,7 min manat məbləğində investisiyadan istifadə olunmuş, 115 milyon 363,6 min manatlıq əsas fondlar istifadəyə verilmiş, tikinti-quraşdırma işlərinin həcmi 45,8 faiz çoxalaraq 222 milyon 843,5 min manat təşkil etmişdir. Podratçı təşkilatların gördükləri işlərin həcmi (yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi) 4,4 faiz artaraq 1 milyard 302 milyon 575,9 min manata çatmışdır.

 

İqtisadi artım mütənasib olaraq sosial uğurlara yol açır

 

Bütün bunlar onu göstərir ki, ölkəmizdə iqtisadi və digər sahələrdə əldə olunmuş nailiyyətlərdə Bakının digər rayonları ilə yanaşı, Xətai rayonunun da müstəsna rolu var. Fərəhli odur ki, iqtisadi sahədə baş verən dəyişikliklər onlara mütənasib olaraq sosial məsələlərin də uğurla həll edildiyini göstərir. Məsələn, rayonun iqtisadisosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı il ərzində 14,5 faiz yüksələrək 645,1 manata çatıb. Bu göstərici sənayedə 14,5 faiz artaraq 633,2 manat, tikinti kompleksində 36,9 faiz artaraq 825,4 manat təşkil edib. Əhaliyə göstərilən məişət xidmətinin həcmi 45 milyon 569,8 min manat, iaşə xidmətinin həcmi isə 47 milyon 87 min manat olub ki, bu da əvvəlki ilin eyni dövründəkindən müvafiq olaraq 14,5 faiz və 22,1 faiz çoxdur.

İqtisadi yüksəliş yeni yerlərinin açılmasında da özünü göstərir. Belə ki, ötən il rayonda hamısı daimi olmaqla 4861 yeni yeri açılıb. Ümumiyyətlə isə 2003-cü ilin oktyabrından indiyə kimi Xətai rayonunda 38 min 107 yeni yeri yaradılıb. Bunun 37901-i daimi yerləridir.

Ötən il ünvanlı sosial yardımla bağlı müraciət edənlərin sayı isə xeyli azalıb. Bununla bağlı cəmi 2441 müraciət daxil olub ki, bu da əvvəlki ildəkindən 50 faiz azdır. Araşdırmalar nəticəsində 2228 ailəyə bu yardım təyin edilibbir ailəyə düşən orta aylıq yardımın məbləği əvvəlki illə müqayisədə yüksəlib. Bu da onu göstərir ki, rayonda əhalinin vəziyyətinin davamlı olaraq yüksəlməsinə, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə diqqət artırılıb. Ümumiyyətlə isə bir ailəyə düşən orta aylıq yardımın məbləği əvvəlki ildəki 137,56 manatdan 145,17 manata yüksəlib.

Xətai rayonunda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyinin artırılması məqsədilə müəyyən işlər görülüb, rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1138 nəfər vətəndaşdan 1085 nəfəri qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçib və 488 nəfər daimi işlə təmin olunub. 191 nəfərə isə işsizlik statusu verilib.

Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar barədə məlumatların emalı üçün tədbirlər görülübbu vacib məsələlər diqqətdə saxlanılıb. Əhalinin maddi-rifah halının davamlı olaraq yaxşılaşmasına, vətəndaşların sosial müdafiəsinin təşkilinə diqqət artırılıb.

 

Abadlıq və yenidənqurma işlərinin həcmi artıb

 

Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin və icra olunan layihələrin real nəticəsidir ki, Bakı şəhəri, eləcə də respublikamızın regionları inkişaf edərək son illərdə öz simasını tam dəyişib. Bu dəyişiklik Xətai rayonunun da simasını gözəlləşdirib. Ötən il ərzində də rayonda abadlaşma və yenidənqurma işlərinin həcmi artıb. Rayon ərazisində paytaxt əhəmiyyətli layihələrdən olan Bakı “ şəhər” layihəsinin həyata keçirilməsi uğurla təmin olunub, “ şəhər” bulvar kompleksində işlər sürətləndirilib. Fransız liseyinin tikintisi başa çatdırılıb, Boks Federasiyası İdman Kompleksinin tikintisi davam etdirilib, Nobel prospektində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospekti ilə birləşdirilməsi məqsədilə yeni yolun tikintisinə başlanılıb. Ötən il Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmiri də başa çatıb. Estetik görünüşü, şəraiti müasir tələblərə uyğun gəlmədiyindən bina bütövlüklə yenidən qurulub, otaqları, akt, konfrans və müşavirə zalları, yeməkxana müasir standartlar səviyyəsində yenilənib. Binanın bütün kommunikasiya xətləri, fasadı və həyəti tam dəyişdirilib,vətəndaşların müraciətlərinin elektron formaya keçidi təmin olunub. Prezident İlham Əliyev fransız liseyinin, Bakı “ şəhər”in ofis binalarının, rayon icra hakimiyyətinin inzibati binasının açılış mərasimlərində iştirak edib.

Rayon ərazisində 35-ci Polis bölməsinin, rayon Mühafizə İdarəsinin və 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yeni inzibati binalarının tikintisi başa çatdırılıb, Y.Səfərov küçəsindəki park-xiyabanın yenidən qurulması, burada fontanlar və şəlalələr kompleksinin tikintisində işlər davam etdirilib. Abadlaşdırma layihələri çərçivəsində Neapol dairəsində şəhidlərin abidə kompleksi yenidən qurulub, Nobel prospekti, F.Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilib, binaların işıqlandırma işləri başa çatdırılıb.

Rayon ərazisindəki yaşayış binalarının fasadlarının əsaslı təmiri ilə əlaqədar yeni layihənin icrası təmin olunub. Bu layihənin həyata keçirilməsi nəticəsində Zığ yolu, Qədir Məmmədov və Cavanşir küçələrində 14 binanın fasadları yenidən qurularaq müasirləşdirilib. Sosial obyektlərin tikintisi də diqqətdə olubyeni uşaq bağçalarının tikintisinə start verilib.

Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılmasının davam etdirilməsi qarşıda duran mühüm məsələlərdən olub. Bunun əhəmiyyəti nəzərə alınaraq rayonda yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməsinə başlanılıb. Proqrama uyğun olaraq Nobel prospekti boyunca yolun hər iki istiqamətində yaşıllaşdırma işləri başa çatdırılıb. Bu magistral yolun kənarında istinad divarları tikilib, ərazidə yaşıllıq massivləri salınıb.

Rayonda yolların təmiri və tikintisi də diqqət mərkəzində olub. Gəncə prospektində hərəkətin təhlükəsizliyi baxımından bu prospektin yolu ikitərəfli olmaqla yenidən qurulubprospekt müasir işıqlandırma sistemi ilə təchiz olunub. Xocalı prospektində bütün yeraltı kommunikasiya xətləri təzələnib və prospekt bütövlükldə yenidən qurulub. K.Kazımov küçəsindən Əhmədli qəsəbəsinədək olan yolun asfaltlanması da başa çatdırılıb. Məhəllədaxili yollara və binaların qarşısına 160 min kvm-dən çox asfalt örtüyü çəkilib. Hər il ümumrespublika tədbirinin keçirildiyi Xocalı prospektində də yüksək səviyyədə abadlaşdırma işləri aparılıb, 100 mindən çox dekorativ gül kolu, dekorativ və həmişəyaşıl ağac park xiyabanda əkilib.

Rayon üzrə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası da uğurla həyata keçirilib. Proqrama uyğun olaraq, hesabat dövründə 194 nömrəli məktəbin yenidən inşası, 48 və 56 saylı orta məktəblərin əsaslı təmiri, 63 nömrəli məktəbin əlavə tədris korpusunun tikintisi, 171 saylı orta məktəbdə yeməkxana və akt zalının, 116 saylı orta məktəbdə isə istilik sisteminin təmiri işləri başa çatdırılaraq istifadəyə verilib. Eyni zamanda təmir işləri bitmiş 8 uşaq bağçası fəaliyyətə başlayıb. Dövlət Proqramı və digər investisiya proqramları əsasında rayonun səhiyyə müəssisələri də əsaslı qaydada təmir olunurya yenidən tikilir, hər bir səhiyyə müəssisəsi müasir avadanlıqlarla təchiz edilir.

 

Vətəndaşlara göstərilən kommunal xidmətlərin keyfiyyəti yüksəlib

 

Ötən il Xətai rayonunun xidmət təsərrüfatının normal fəaliyyəti, Mənzil Fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılıb, yaradılmış rayon qərargahının fəaliyyəti nəticəsində enerji daşıyıcılarının dəyərinin ödənilməsində müsbət nəticələr əldə olunub.

Xüsusən yaşayış binalarının istiliklə təminatının yaxşılaşdırılması üçün magistral və məhəllədaxili istilik xətlərini, zirzəmilərdə aşağı paylama istilik xətlərinin, istilik məntəqələrində və qazanxanalarda avadanlıqların təmiri başa çatıb ki, bu da mərkəzləşdirilmiş istilik xəttinə qoşulmuş 550-dən artıq yaşayış binasının istilik alması imkanını reallaşdırır.

Ötən il rayonda yeni qazsu xətləri çəkilib, su təminatının yaxşılaşdırılması ilə əlaqədar 30 binada pilot layihə həyata keçirilib, H.Aslanov yaşayış sahəsində 110/10 kv-luq, Nobel prospektində isə 110/35/10 kv-luq yarımstansiyanın tikintisi başa çatdırılıb, rayonda 1847 liftə xidmət göstərilib, onlardan 192-si əsaslı təmir olunub, 781-i yenisi ilə əvəz edilib.

Rayonun sanitar təmizliyi də gündəlik fəaliyyətin əsasını təşkil edib. Mərkəzi küçə və prospektlərdən küçə ticarətinin ləğv edilməsi, rayon ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılıb, burada sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Xətai rayonunun ötən il üzrə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə fikirlərini bildirdilər.

Göründüyü kimi, Xətai rayonunda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurur, idarəetmədə mütərəqqi prinsipləri tətbiq edir, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olur. Yığıncaqda Xətai rayon ictimaiyyətinin təmsilçiləri əminliklə qeyd etdilər ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması və sakinlərin həyat tərzinin maksimum səviyyəyə çatdırılması üçün rayonun kollektivləri bundan sonra da öz səylərini daim artıracaqlar.

Yekunda yığıncağın qərarı və Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 28 fevral.- S.3.