“TRT HABER” kanalı

 

“Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasimi Türkiyə mediasının əsas idman mövzusudur.

Qardaş ölkənin aparıcı mediası ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə silsilə yazılar verməkdədir. Anadolu Agentliyinin “TRT HABER” kanalının saytının yaydığıBakıda möhtəşəm bağlanışsərlövhəli məqalədə ilk Avropa Oyunlarının yüksək peşəkarlıqla təşkili, bu Oyunlarda təmsil olunan idmançıların sayı idman növləri, atletlər üçün yaradılmış hərtərəfli şəraitdən bəhs edilir. Bağlanış mərasiminin təşkili barədə türkdilli oxuculara ətraflı məlumat verilən məqalədə qeyd edilir ki, bu mərasimdə Azərbaycanın çağdaş mədəniyyəti qədim ənənələri bir daha tərənnüm edildi. Diqqətə çatdırılır ki, “Bakı-2015” ilk Avropa Oyunlarının qazandığı böyük şöhrət Azərbaycanın hərtərəfli davamlı inkişafı kimi dəyərləndirilir.

“Bakı-2015” ilk Avropa Oyunlarında Türkiyə idmançılarının əldə etdikləri nailiyyətlərdən bəhs edilən məqalədə bildirilir ki, qazanılmış 29 medal gələcək uğurlar üçün yeni-yeni qapılar açacaq.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 6.