“Rossiya-24” telekanalı

 

Rusiya mətbuatı I Avropa Oyunlarının gedişi ilə yanaşı, bağlanış mərasimini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “Rossiya-24” telekanalı ilk Avropa Oyunları ilə bağlı yekun videomaterial hazırlayıb. Süjetdə yarışların sonuncu günündə idmançıların fəal iştirak etdiyi vurğulanır. Həmçinin rusiyalı idmançıların da üstünlüyü qeyd olunur.

Bağlanış mərasiminə toxunan müxbir I Avropa Oyunlarının əsl bayram dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır. Bildirilir ki, bağlanış mərasimində milli elementlərin əks olunması böyük maraq doğurub.

Azərbaycan böyük idmanla qısa müddətə olsa da vidalaşır. Amma yaxın vaxtlarda dünya Bakının təqdimatında “Formula 1” futbol üzrə Avropa çempionatının yarışlarını izləyəcək” - deyə videomaterialda qeyd olunur.

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 6.