Azərbaycan ilə Litva arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

 

İyulun 1-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Litvanın milli müdafiə naziri Yuozas Olekas ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Litvaya rəsmi dəvətə qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın müdafiə naziri həmkarına Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.

General-polkovnik Zakir Həsənov bildirib: “Bəzi dövlətlər qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir. Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü qüdrətli, müasir silahlarla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı istənilən an azad etməyə hazırdır qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir. Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”.

Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfər iyulun 2-də başa çatacaq.

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 7.