Akademik Roald Saqdeyev AZAL-ın prezidenti Cahangir Əsgərov Azərbaycan Mühəndislik Akademiyasının qızıl medalı ilə təltif olunublar

 

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti Milli Aviasiya Akademiyasının rektoru, Kosmos Şurasının sədri, akademik Arif Paşayevin rəhbərliyi ilə Azərbaycan Mühəndislik Akademiyası Milli Aviasiya AkademiyasıAzərkosmos: Bu günü perspektivlərimövzusundadəyirmi masakeçirilib.

Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov AZƏRTAC-a bildirib ki, “dəyirmi masa”da akademiyanın üzvləri, alimlər, mütəxəssislər iştirak ediblər.

Akademik Arif Paşayevdəyirmi masa” giriş sözü ilə açaraq vurğulayıb ki, bu gün “Azərspace–1”in sayəsində milyonlarla insan dayanıqlı informasiya kommunikasiya xidmətlərinə çıxış imkanları əldə edib. “Azərspace–1” Afrika, Avropa, Mərkəzi Asiya Yaxın Şərqdə 50–dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını uğurla yerinə yetirir. Yüksək ixtisaslı peşəkar heyətə texniki imkanlara malik olanAzərkosmos” ASC yaradılmasından ötən dövr ərzində ölkədə bütövlükdə regionda informasiya-kommunikasiya texnologiyaları sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.

Azərkosmos” ASC–nin son dövrlərdəki fəaliyyəti barədə cəmiyyətin sədri Rəşad Nəbiyev məlumat verib.

Sonra ABŞ–ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev çıxış edib.

Mövzu ətrafında geniş müzakirələr aparılıb.

Yekunda ölkəmizin mülki hava nəqliyyatında göstərdiyi xidmətlərinə görəAzərbaycan Hava Yolları” QSC–nin prezidenti, Mühəndislik Akademiyasının həqiqi üzvü Cahangir Əsgərov AkademiyanınMühəndislik Rəşadətiqızıl medalı ilə təltif olunub.

Görkəmli alim, akademik Roald Saqdeyev ölkəmizlə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində inkişafındakı xidmətlərinə görə akademiyanınMühəndislik Rəşadətiqızıl medalı ilə təltif edilib.

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 7.