Rusiyalı məşqçi: Azərbaycan Avropa Oyunlarının keçirilməsi səviyyəsini çox yüksəyə qaldırıb

 

Birinci Avropa Oyunları bir çox yaddaqalan hadisələrlə - misli görünməmiş açılış bağlanış mərasimləri, qızğın mübarizə əzmi geniş mədəni proqram ilə tarixdə qalacaq. Sözsüz ki, hər bir yarışın əsas məqsədi idmançıların arenalarda qazandıqları qələbə müəyyən etdikləri rekordlardır. Rusiyanın ucqar Orenburq şəhərindən olan kövrək qızın, üzgüçü Mariya Kamenevanın da adı birinci Avropa Oyunlarının tarixinə yazılıb. 16 yaşlı Mariya birinci Avropa Oyunlarında 6 qızıl, 1 gümüş 2 bürünc medal qazanıb. Bu rekord ikinci Avropa Oyunlarına qədər qüvvədə olacaq ikinci Oyunlarda bu rekordu təzələməyin mümkün olacağını təsəvvürümə belə gətirə bilmirəm. Bakıda Maşa ilə söhbət etməyə imkan tapmadıq. Amma o, doğma Orenburqa qayıdanda, ona zəng etdik. Bakıdakı Oyunların altıqat çempionu böyük idmanın tələb etdiyi kimi məşqdə idi. Məşğul olduğu üçün bizdən başqa vaxt zəng vurmağı xahiş etdi. Bu günün işini sabaha qoymaq istəməyən AZƏRTAC-ın müxbiri onun məşqçisi ilə telefon əlaqəsi saxladı.

- Yetirməniz Mariyanın adı birinci Avropa Oyunlarının tarixinə ən çox medal qazanmış idmançı kimi yazılacaq. Ötən Oyunlar ilə bağlı sizdə kimi təəssüratlar yaranıb?

-Oyunlar çox yaxşı təəssürat oyatdı. Təşkilatçılığa söz ola bilməzdi. Təəssüf ki, başqa arenalara gedə bilmədim, amma Su İdmanı Sarayı gözəl idi. İndiyə qədər Bakıda olmadığıma təəssüflənirəm. İçərişəhərə qısa ekskursiya çox maraqlı oldu. Azərbaycanın paytaxtı yaraşıqlı şəhərdir. İstər yarışlar zamanı, istərsə şəhərdə qonaqlara, xüsusən, rusiyalılara münasibət əla idi.

Rusiyalı məşqçi bildirib ki, OrenburqunQazovikuşaq-gənclər idman məktəbinin yetirmələri Bakıdakı Oyunlara qədər dünya Avropa səviyyəli iri yarışların qalibi olmayıblar. Mariya Bakıdan əvvəl yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.

Bakıdakı yarışları indiyə qədər olduğu digər yarışlarla müqayisə edən Vladimir Kirillov deyib: “Bakı sadəcə əlçatmazdır. İkinci Avropa Oyunlarını Bakıdan daha yaxşı keçirmək olduqca çətin olacaq. Azərbaycan elə yüksək səviyyə müəyyən edib ki, sonrakı oyunların daha pis keçirilməsi təşkilatçıların heysiyyətinə zərbə vuracaq.

Mariyadan söz açan məşqçi deyib ki, o, üzgüçülüklə gec – 10 yaşında məşğul olmağa başlayıb. Mariyanı hovuza məktəbimizin yetirməsi olan yaxın qohumu gətirib. Mariya altı il ərzində gözəl nəticələr əldə edib. İndi o, Kazanda yaşlı idmançılar arasında dünya çempionatına hazırlaşır. Sonra Sinqapurda yeniyetmələr arasında dünya birinciliyində iştirak edəcək.

İndi Bakı Mariyaya onun məşqçisinə qələbə sevincini xatırladır. Qeyd edək ki, Vladimir Aleksandroviç məşqçilik fəaliyyəti dövründə 14 idman ustası hazırlayıb. Hər birinə çoxlu əmək sərf edib. O, gözəl məşqçi çox sadə insandır.

AZƏRTAC müsahibəyə, Azərbaycan onun sakinləri haqqında səmimi sözlərə görə Vladimir Aleksandroviçə təşəkkür edir.

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 5.