Laslo Fabian: Bakı Yay Olimpiya Oyunlarını keçirməyə tam hazırdır

 

“Bakı-2015” birinci Avropa Oyunları qarşıdan gələn Yay Olimpiya Oyunları öncəsi möhtəşəm idman yarışı oldu.

Bu sözləri birinci Avropa Oyunlarında Macarıstan komandasının rəhbəri Laslo Fabian AZƏRTAC-a müsahibəsində söyləyib.

Macarıstan milli komandasının Oyunlarda necə çıxış etməsi ilə bağlı suala cavabında L.Fabian bildirib ki, idmançılarımız qarşıya qoyulan tapşırıqları tamamilə yerinə yetiriblər. O deyib: “Birinci Avropa Oyunlarında iştirak üçün ən perspektivli idmançıları üzə çıxardıq ciddi hazırlıqlara başladıq. Yəni, biz öz vəzifəmizi yerinə yetirdik. Birinci Avropa Oyunları Rio-de-Janeyro Olimpiadasından əvvəl komandamızda olan çatızmazlıqları üzə çıxardı.

Macarıstan komandasının nəticələrindən razı qaldığını vurğulayan L.Fabian bildirib: “İdmançılarımız iyirmi dəfə fəxri kürsüyə qalxdılar. Atletlərimiz 8 qızıl, 4 gümüş, 8 bürünc medal qazandılar. Ümumi hesabda 8-ci yeri tutduq. Mən bunu yaxşı nəticə hesab edirəm”.

Komanda rəhbəri vurğulayıb ki, bu mötəbər yarış rəsmən Olimpiya Oyunları adlandırılmasa da, Azərbaycan dövləti, “Bakı-2015” Təşkilat Komitəsi, Avropa Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsi atletlərin özlərini əsl Olimpiya Oyunlarında hiss etmələri üçün mümkün olan hər cür şəraiti təmin etmişdi.

L.Fabian xüsusi vurğulayıb ki, Bakı bütövlükdə Azərbaycan Olimpiya Oyunlarını keçirməyə tam hazırdır. O deyib: “Azərbaycan hökuməti namizədliyinin yenidən irəli sürülməsi məsələsini nəzərdən keçirir. Axı, Olimpiadaya lazım olan idman obyektlərinin 80-90 faizi artıq inşa edilib. Amma Budapeşt Bakıdan geri qalmır. Bu həftə Macarıstan parlamenti 2024-cü il Paralimpiya Oyunlarının Budapeştdə keçirilməsi üçün namizədliyinin irəli sürülməsi məsələsini müzakirə edəcək.

Avropanın öz Oyunlarını keçirməyən sonuncu qitə olduğunu vurğulayan L.Fabian deyib: “Çox yaxşı ki, Azərbaycan bu təşəbbüsü öz əlinə aldı birinci oldu. Bu, bütün Avropa idmançılarının mübarizə əzmini gücləndirəcək Avropada Olimpiya ruhunu möhkəmləndirəcək”.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 5.