Tərtərdə küçəyə Milli Qəhrəmanın adı verildi

 

Qarabağ savaşında Ermənistan silahlı qüvvələri ilə döyüşlərdə tərtərlilər saysız-hesabsız qəhrəmanlıq nümunəsi göstərmişlər. Düşmənə bir qarış torpaq da güzəşt edilməmiş, əksinə, ermənilərin məskunlaşdıqları dədə-baba Azərbaycan əraziləri nankor qonşulardan təmizlənmişdir.

Tərtərin igid oğullarından biri Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucovdur. O, 1956-cı ildə rayonun Xoruzlu kəndində anadan olmuşdur. Bakı Yüngül Sənaye Texnikumunu bitirəndən sonra 1982-1992-ci illərdə Rusiyada yaşamışdır. Dağlıq Qarabağ hadisələri başlayanda geri qayıdıb Tərtər özünümüdafiə batalyonuna daxil olur. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Xəstəxanada üç aydan artıq müalicə olunur. Tam sağalmasa da, 1993-cü ilin yanvarında yenidən döyüşlərə atılır. Onun iştirakı ilə düşmənə texnika canlı qüvvə sarıdan ağır zərbələr vurulur. Ağdərə rayonununQlobusadlanan yüksəkliyi uğrunda gedən döyüşdə Vəzir qəhrəmanlıqla həlak olur. Bakıda Şəhidlər xiyabanında uyuyur. Ölümündən iki gün sonra, martın 24-də ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Doğulduğu rayonda xatirəsi daim uca tutulur, ehtiramla xatırlanır. Tərtər şəhərindəki Veteranlar bağında büstü qoyulmuşdur.

İyulun 3-də isə Tərtər şəhərində Vəzir Orucovun adına küçə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onun keçdiyi döyüş yolundan danışmış, ölkəmizdə Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərə, onların ailələrinə göstərilən qayğı diqqətdən söz açmışdır.

Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifov, Tərtər batalyonunun keçmiş qərargah rəisi, Vəzirin döyüşçü dostu Pənah Məmmədov, Milli Qəhrəmanın anası Mahı Orucova, qardaşı Dadaş Orucov, Əsgər Ailələri İctimai Birliyinin sədri Mətanət Əsədova Müharibə Veteranları Qadınlarına Yardım İctimai Birliyinin sədri Rada Abbas başqaları çıxış etmişlər.

Küçənin girişində Milli Qəhrəman Vəzir Orucovun barelyefi üzərindəki örtük götürülmüş, şəhərin abad bir küçəsi layiq olduğu yeni, şərəfli ada qovuşmuşdur.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 7.