Yuray Tujinski: Bakı Atıcılıq Mərkəzi möhtəşəmliyi ilə seçilir

 

Birinci Avropa Oyunlarının bürünc mükafatçısı, slovakiyalı atıcı Yuray Tujinski Azərbaycanın paytaxtında qitə yarışları üçün inşa edilən idman obyektlərinin yüksək səviyyədə olduğunu bildirib. İdmançı medal qazandığı Atıcılıq Mərkəzini nəhəng adlandırıb. Heyranlığını gizlədə bilməyən idmançı deyib: “Buna bənzər mərkəzə heç yerdə rast gəlməmişəm. Məndə güclü təəssürat oyatdı”.

O deyib: “Təşkilatçılığına görə Olimpiya Oyunlarından əsla geri qalmayan beynəlxalq idman tədbirində iştirak etdiyimə görə sevincimin həddi-hüdudu yoxdur. Belə yarışda medal qazanmaq ikiqat zövq verir”.

İndi Y.Tujinski Sloveniyanın Maribore Azərbaycanın Qəbələ şəhərlərində yeni yarışlara hazırlaşır.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 5.