Abdulqadir ABDULLAYEV: “Qələbə sevincimi Azərbaycan xalqı ilə bölüşdüyüm üçün xoşbəxtəm

 

İdman azarkeşlərinin bacarıqlı boksçu kimi tanıdığı Abdulqadir Abdullayev bu qələbəni ömrünün 27-ci baharında, özünün doğum günü ərəfəsində qazandı. Ümumiyyətlə, “Bakı-2015” I Avropa Oyunlarında aldığı qızıl medal onun üçün bir neçə səbəbdən çox önəmlidir.

Bu, Abdulqadirin ilk qızıl medalı, ilk böyük qələbəsi, belə geniş çərçivədə keçirilən idman tədbirində ilk uğurudur. Bunların məhz Bakıda, ilk Avropa Oyunlarında baş verməsi onu çox qürurlandırır.

Abdulqadir sevinir ki, neçə illərdir onun əsl boksçu kimi yetişməsində zəhmət çəkən idman təşkilatlarının, məşqçilərinin, azarkeşlərinin, bir sözlə, bayrağı altında çıxış etdiyi Azərbaycanın ümid etimadını doğruldub.

Abdulqadir sonsuz bir fərəh duyur ki, qızıl medalı ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib. Oyunların bağlanış mərasiminin ertəsi günü isə dövlət başçısı bu möhtəşəm tədbirdə qələbə qazanan idmançılarla əməyi olan digər insanlarla yanaşı onu da mükafatlandırıb, “Şöhrətordeni ilə təltif edib.

Böyük uğur, böyük sevincdir. Bu günlərdə Abdulqadir Abdullayevin başı Oyunlardan sonra keçirilən görüşlərə, müsahibələrə qarışsa da, vaxt tapanda bəzən xoş xəyallara dalıb ötüb-keçənlərə qayıdır.

Əslən Dağıstandandır. Akuşinsk rayonunun Urxuçi kəndində doğulub, böyüyüb. Deyir ki, nəslimizdə boksçu olmayıb. Amma idmanı çox seviblər, güclərini başqa növlərdə sınayıblar, ən çox güləşlə, atletika ilə məşğul olublar. Abdulqadir yarışlara yeniyetmə ikən qoşulub. Təxminən 18 yaşında seçimi tam yəqinləşib. O vaxtdan bəri boksla mütəmadi məşğuldur müxtəlif şəhərlərdə keçirilən yarışlarda uğurlar qazanır. Artıq neçə ildir ki, “Bakı Fires” klubunda iştirak edir, o, 91 kiloqram çəki dərəcəsində yarışır.

Bakı Fires”in baş meneceri Rizvan Gənciyev müxtəlif yarışlardan sonra onun haqqında ürəkaçan fikirlər söyləyib, ustalığını qeyd edib gələcəyinə ümid bəslədiyini deyib. Məsələn, elə ölkəmizin öz daxilində, Quba rayonundakı Olimpiya kompleksində keçirilən bir görüşdə Abdulqadir italiyalı Fabio Turçini nokautla məğlub etmişdi. Bu qələbə bir anda, bircə göz qırpımında baş vermişdi. Onda baş menecer bildirmişdi ki, boksçumuz inkişaf yolundadır. Həm taktiki, həm texniki cəhətdən irəliyə gedir.

2013-cü ildə Azərbaycanın Ukraynanın yığma komandaları yarışanda o vaxta qədər elə bir nəzərəçarpacaq böyük qələbələri, mükafatları olmayan Abdulqadir nəyə qadir olduğunu göstərə bilmişdi. Belə ki, adətən çox güclü rəqiblərlə yarışan qalib gələn Dmitri Rudenkonu məğlub etmişdi.

Abdulqadir son illərdə irili-xırdalı bir çox yarışlarda iştirak edib. Onun uduşları çox, məğlubiyyətləri az olub. I Avropa Oyunlarında da məhz son illərdə qazandığı səriştə topladığı təcrübəni ortaya qoydu.

Bəlkə bəzilərinə elə gəlir ki, Abdulqadir Abdullayevin bu qələbəsi asan oldu. Amma bu belə deyil. 1/8 finalda boksçumuz macarıstanlı Adam Hamorini məğlub etdi. Bildirdi ki, böyük yarışlarda adətən ilk döyüşlər ağır olur. Bu qələbəni qazanmaqda ona azarkeşləri, dəstək olanların hamısı, Tanrı güc verdi.

Yarımfinala vəsiqə qazanmaq uğrunda yarışarkən boksçumuz qələbə qazandı. Bu dəfəki rəqibi ondanküsdü Abdulqadir jurnalistlərə müsahibəsində belə dedi: “Oyunun əvvəli mən gözlədiyim kimi yaxşı keçdi. Döyüşdən sonra hər bir döyüşdə olduğu kimi, istədim rəqibimin əlini sıxım. Rəqibimə qarşı hörmət hissi ilə yanaşdım. O isə öz narazılığını bildirdi ki, guya qalib gəlib. Mən ikinci dəfə onun əlini sıxmaq istədim, dönüb getdi. Rəqibim elə bilirdi ki, o mənim üzərimdə qələbə qazanıb. Mən isə qalib gəldiyimə əmin idim”.

Nəhayət, Abdulqadir Abdullayev yarımfinalda da uğur qazanaraq finala çıxdı. Yarımfinalda o, Rusiya Federasiyasının idmançısı Sadam Maqomedova qalib gəldi. Rəqibi çox güclü idi. Bunu rinqdə hiss etdi. Çünki əvvəllər onunla heç vaxt rastlaşmamışdı. Lakin rəqibini məğlub etməyə gücü çatdı. Bundan sonra finalda da qalib gələcəyinə tam əmin idi.

Abdulqadir qələbəyə köklənmişdi. Onsuz da Gevorq Manukyanı məğlub edəcəkdi. Bəlkə elə buna görə Ukraynanı təmsil edən erməni əsilli boksçu onunla üz-üzə gəlmək istəmədi?! Hər halda gəlmədi. Sadəcə bildirdi ki, zədələri olduğundan özünü pis hiss etdiyindən yarışmaq istəmir.

Beləliklə, növbəti Azərbaycan boksçusu fəxri kürsünün ən yüksək pilləsinə qalxdı, çempion oldu qızıl medalını dövlət başçısından qəbul etdi. Bu onun əzmini gücünü daha da artırıb: “Qələbə sevincimi Azərbaycan xalqı ilə bölüşdüyüm üçün xoşbəxtəm. Çünki azarkeşlər məni fəal dəstəklədilər. Hazırda gələcək planlarımla bağlı konkret fikir söyləyə bilmərəm. Müəyyən müddət istirahət edəcəyəm. Bundan sonra isə dünya çempionatına hazırlaşacağam”.

Yəqin ki, istirahətini doğma aulunda keçirəcək. Sevincini anası Amatulla, atası Abdulla ilə, doğmaları, həmkəndliləri ilə bölüşəcək.

Abdulqadirlə telefon əlaqəsi saxladıq. Şöhrətordenini təzəcə almışdı. Çox həyəcanlı idi. Prezident İlham Əliyevə, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya, uğurunda əməyi olan hamıya - Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova, “Bakı Fires”in baş meneceri Rizvan Gənciyevə, məşqçilərinə, həkimlərinə, azarkeşlərinə bir daha minnətdarlıq etdi. Bildirdi ki, idmançıları yaxşı çıxışlara ruhlandıran başlıca səbəblərdən biri Oyunların yüksək səviyyədə təşkili idi. O hələ indiyə qədər belə bir möhtəşəm idman tədbiri görməyib. Ümidvardır ki, gələcəkdə bir çox böyük idman yarışlarının iştirakçısı qalibi olacaq. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın olduğu I Avropa Oyunları isə möhtəşəmliyi, özünəməxsusluğu, təkrarolunmazlığı ilə heç vaxt unudulmayacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 3.