Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gəlib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərə gəliblər.

Milanın Malpensa Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 1.