Azərbaycanın xarici işlər naziri Xorvatiya Prezidenti ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədyarov Prezident seçilməsi münasibətilə Kolinda Qrabar-Kitaroviçə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbrikini salamlarını çatdırıb.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç təbrikə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, dövlətimizin başçısına salamlarının ən xoş arzularının çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, enerji digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı Prezident İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya rəsmi səfərinin səfər çərçivəsindəAzərbaycan Respublikası Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin imzalanmasının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün əlverişli siyasi zəmin yaratdığı qeyd olunub. Həmçinin Azərbaycan Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədilə yaradılmış iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 3.