Azərbaycan ilə Gürcüstan arasında alternativ bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq yeni mərhələdə

 

Azərbaycan Respublikasının Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Akim Bədəlov Gürcüstanın iqtisadiyyat davamlı inkişaf naziri Georgi Kvirikaşvili energetika naziri Kaxa Kaladze ilə görüşlər keçirib.

Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə Akim Bədəlov Azərbaycan ilə Gürcüstan arasında hərtərəfli inkişaf edən əməkdaşlıqdan danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətinə söykənən iki ölkə arasındakı münasibətlər hər bir sahədə olduğu kimi enerji sahəsində yüksələn xətlə inkişaf edir. O, alternativ bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlığın da Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq bu sahənin müasir dövrdə həm regional, həm qlobal əhəmiyyətini qeyd edib. A.Bədəlov son illər alternativ bərpa olunan enerji mənbələri ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verərək bu sahədə görülən işlərdən danışıb. Dövlət Agentliyinin sədri 2020-ci ilədək Azərbaycanın alternativ bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlandığını bu çərçivədə Samux rayonunda müasir aqroenerji yaşayış kompleksinin inşa olunduğunu bildirib.

A.Bədəlov hər iki ölkənin alternativ bərpa olunan enerji mənbələri sahəsində mövcud potensialına diqqət çəkərək deyib: "Ölkələrimiz böyük hidroenerji resurslarına malikdir. Lakin gələcəkdə su mənbələrindən bu məqsədlə geniş istifadə olunması, hidroenerji qurğularının quraşdırılması çayların fauna florasına öz təsirini göstərəcək. Bu da ekoloji problemlərin yaranması ilə nəticələnə bilər. Su ehtiyatlarından daha da səmərəli şəkildə istifadə olunması məqsədəuyğundur. Həm iqtisadi, həm ekoloji baxımdan, kənd təsərrüfatının, balıqçılıq təsərrüfatının inkişafı, turizm sahələrinin genişləndirilməsi daha çox səmərə verər. Coğrafi mövqeyimiz, günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə geotermal enerji mənbələrindən geniş səmərəli istifadə, eyni zamanda ətraf mühitin qorunması üçün olduqca əhəmiyyətlidir".

Azərbaycanda son illər görülən işlər Gürcüstan tərəfinin geniş marağına səbəb olub. Onlar bu sahədə qazanılan təcrübədən yararlanacaqlarını ölkələrində günəş enerjisinin fərdi yaşayış evlərində tətbiqində, külək, biokütlə geotermal elektrik stansiyalarının yaradılmasında bu yolla enerji mənbələrinin diversifikasiya olunmasında maraqlı olduqlarını bildiriblər. Həmçinin, “1 ev - 1 stansiya”, hibrid tipli elektrik stansiyaları aqroenerji yaşayış kompleksi layihələrinə xüsusi maraq göstərilib.

Tərəflər sözügedən sahələrdə konkret işlərin başlanılması məqsədilə aidiyyəti üzrə işçi qruplarının yaradılmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda hər iki nazirliklə dövlət agentliyi arasında müvafiq işçi qruplarının yaradılması qərara alınıb, alternativ bərpa olunan enerji mənbələri sahəsində perspektivlər müəyyənləşdirilərək gələcəkdə belə görüşlərin intensiv keçirilməsi təcrübə mübadiləsinin aparılması üçün razılıq əldə olunub.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 4.