Tarixin müasirliyin harmoniyası

 

 

Xarici turistlərin paytaxtımız barədə təəssüratları yüksəkdir

 

Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etməklə ölkənin bir çox gələcək planlarına qapı açdı. Xüsusilə turizm sahəsinin genişləndirilməsi bu sektorda əlavə təcrübənin qazanılması üçün böyük imkanlar yarandı. Təkcə bu Oyunlarla bağlı dünyanın dörd bir tərəfindən ölkəmizə minlərlə turist axını oldu. Təbii ki, onların hər birinin yüksək əhval-ruhiyyə ilə ölkəmizdə istirahəti Azərbaycan üçün vacib məsələlərdən idi. Ona görə yox ki, turizm iqtisadi cəhətdən səmərəli sahədir, burada əsas məqsəd həm gələn qonaqların ölkəmiz barədə zəngin təəssüratlarının yaranması idi. Çünki onların hər biri öz ölkələrində bir növ təbliğatçı funksiyası da daşıyırlar. Qayıdandan sonra öz ölkələrində Azərbaycan, onun tarixi, mədəniyyəti insanları barədə xoş sözlər danışırlar. Bu da ölkəmizə turist axınını artırır.

Şübhəsiz ki, turistlər hər bir ölkə üçün arzuolunan qonaqlardır. Bu mənada Azərbaycan dövləti onların mədəni istirahətinə, təhlükəsizliyinə ciddi şəkildə önəm verir. Ölkəmizdə turizm sahəsində yeni xidmətlər yaradılır. Belə xidmətlərdən birini City Sightseeing Baku Şirkəti həyata keçirir. Bu şirkət artıq bir ildir ki, turistlərin Bakını rahat gəzib-görməsi üçün ikimərtəbəli avtobuslar ayırıb.

2014-cü ilin aprel ayından etibarən Bakı şəhərinin mədəni irsinin turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan City Sightseeing Worldwide Şirkəti arasında bağlanmış razılaşmaya əsasən City Sightseeing Baku Şirkəti fəaliyyətə başlayıb. City Sightseeing Worldwide ikimərtəbəli, üstüaçıq avtobuslarda ekskursiyaları təşkil edən dünyanın aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılıb. Bu şirkət hazırda dünyanın 35 ölkəsinin 100-dən artıq şəhərində turistlərə yerli əhaliyə audiobələdçi vasitəsilə ekskursiyalar təşkil edir.

8 dildə bələdçilik

City Sightseeing Baku şirkətinin Gülərüz Kobra MAN markalı avtobuslarını paytaxt küçələrində görməyən çox az adam tapılar. Bu avtobuslar I Avropa Oyunları ərəfəsində turistlərin xidmətində oldu. Onların xidmətini görmək üçün biz bir neçə saatlıq Gülərüz Kobranın qonağı olduq. Əcnəbilərlə birgə Bakıda şəhər turuna çıxdıq.

Marşrutumuz Port Baku Ticarət Mərkəzindən Heydər Əliyev Mərkəzinə tərəf idi. Səliqəli küçələr, bir-birindən maraqlı fərqli arxitekturalı binalar avtobusun ikinci mərtəbəsindən bir az da cazibəli görünürdü. Əcnəbilər heyranlıqla ətrafa baxırdılar. Biri fotoaparat, o biri telefonla diqqətini çəkən mənzərələrin şəklini çəkirdi. Bizim diqqətimizi çəkən isə onların daha çox fərqli arxitekturası, dizaynı olan müasir qədim binaları, eyni zamanda, bunların üzərindəki naxışların fotolarını çəkmələri idi. Elə ki, Heydər Əliyev Mərkəzinə yaxınlaşdıq, oturan turistlər ayağa qalxıb fotolar çəkməyə başladılar.

Beş dəqiqəlik fasilədən sonra Müasir İncəsənət Muzeyinin yanından keçib, Qız qalasına, oradan Four Seasons hotelinə doğru irəlilədik. Qız qalası da onların marağına səbəb olmuşdu. Çünki qalanın tarixi texniki arxitekturası barədə məlumatlanarkən turistlər öz təəccüblərini gizlədə bilmirdilər. Bir-birinə işarələr edib, elə hey şəkil çəkirdilər.

Yerə gəlmişkən, Gülərüz Kobra MAN markalı avtobuslarda ekskursiyalar 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars yapon) yaradılmış audiobələdçi sistemi ilə həyata keçirilir. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıq verilir. Sərnişin oturacaqda quraşdırılmış xüsusi audiosistem vasitəsilə istədiyi dili seçir qulaqcıqla yol boyu qarşılaşdığı küçələr, tarixi yerlər binalar barədə məlumatları dinləyir.

İçərişəhər metro stansiyasından sonra Alov Qüllələrinə tərəf yollandıq. Bakının simvoluna çevrilən qüllələrə çatar-çatmaz, heyrətamiz, möhtəşəm kimi ifadələr səslənməyə başladı. Burada turistlərin əylənmələri üçün onlara sərbəstlik verildi. Beləcə, həm Alov Qüllələri, həm Milli Məclisin binası, həm Dağüstü Parkla tanışlıq üçün geniş imkan yarandı. Şəhidlər xiyabanını da gəzməyə vaxt qaldı.

Bu marşrut üzrə 35-40 dəqiqədən bir Gülərüz Kobralar hərəkət edir. Ona görə turistlər rahat gəzib-dolaşır, hətta Funikulyora da minirlər. Biz bu arada vaxt tapıb turistlərin bir neçəsi ilə həmsöhbət olduq.

Bakı heyrətamizdir

Tuija Sinto, Finlandiya: - İlk səfərim olmasına baxmayaraq, Bakını çox bəyəndim. Qədim müasir şəhəriniz var. Havası təmizdir. Şəhər turuna gəldikdə isə deyə bilərəm ki, audiosistem vasitəsilə dinlədiyim məlumatlar məni çox təəccübləndirdi. Hər şey avtomatik şəkildə təşkil olunub. Bundan başqa, şəhəriniz barədə əsasən tarixi məlumatların verilməsini çox bəyəndim. Xüsusən Qız qalası İçərişəhərin tarixi barədə zəngin məlumatlar məni təəccübləndirdi.

Svetlana Pushkina, Rusiya: - Bakıya ikinci gəlişimdir. Burada ilk dəfə 6 il əvvəl olmuşdum. İndiki təəssüratlarım daha zəngindir. Çünki bu dəfə daha müasir daha gözəl şəhərlə qarşılaşdım. Qeyri-adi binaları çox bəyəndim. Çoxunun şəklini çəkmişəm. Şəhər turu da çox xoşuma gəldi. Bakını hündürdən seyr etmək daha gözəldir. Eşitmişəm ki, Azərbaycanın digər bölgələri çox maraqlıdır. Amma təəssüf ki, bu dəfə ancaq Bakını görmək imkanım var. Qismət olarsa, növbəti səfərimdə bölgələrinizi gəzəcəm.

Rita Chop, İsveçrə: - Qızım I Avropa Oyunlarında cüdo idman növü üzrə yarışırdı. Ona dəstək olmaq üçün buradayam. Bu, Bakıya ilk səfərimdir. Amma bundan əvvəl şəhəriniz haqqında eşitmişdim. Çünki qohumlarımızdan bir nəfər uzun müddətdir ki, Bakıda işləyir. Elə I Avropa Oyunlarının Bakıda keçirilməsini ilk dəfə ondan eşitdik. Daha sonra ətraflı maraqlandıq qızımın da bu Oyunlarda iştirakına qərar verdik. Oyunlarla bağlı deyə bilərəm ki, hər şey çox yüksək səviyyədə təşkil edilib. Açılış mərasimini sözlə ifadə etmək çox çətindir. Hər şey heyrətamiz idi. Burada olmaqdan məmnunam. Bakını çox bəyəndim.

Digər turistlərin fikrini öyrənmək istəyəndə bələdçi işarə etdi ki, getmək vaxtıdır.

Ötən ay 600 turist Gülərüz Kobra ilə Bakını gəzib

Avtobusa əyləşib Dövlət Bayrağı Meydanına getdik. Dünyanın ən hündür bayrağı barədə məlumatlandırılan turistlər daha sonra Panorama Çarxına göz gəzdirdilər, oradan Azneft meydanına çıxdıq. Kukla Teatrı Muzey Mərkəzini keçdikdən sonra sonuncu dayanacağa - Park Bulvar Alış-Veriş Mərkəzinə çatdıq. Bununla da şəhər turu bitdi. Amma turistlərin Bakı haqqında təəssüratları hələ uzun müddət xatirələrdə qalacaq.

City Sightseeing Baku şirkətindən aldığımız məlumata görə, 2015-ci ilin iyun ayında Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar şirkətin fəaliyyətində bir sıra dəyişikliklər edilib. Şəhər turunun təşkili üçün ayrılmış hər 3 avtobusda lazımi təmir işləri aparılıb üzərindəki dizayn yenilənib. Əldə edilmiş biletlərin müddəti 2 günədək uzadılıb (əvvəllər biletin müddəti 24 saat idi). Şəhər turu üçün əldə edilmiş bileti 2 gün ərzində hop on - hop off sistemi ilə istifadə etmək mümkündür. Yəni hər bir şəxs aldığı bileti avtobusda təqdim etdiyi andan 2 gün ərzində Şəhər turlarından limitsiz istifadə edə bilir, istənilən dayanacaqda düşüb, istənilən zaman növbəti avtobusla ekskursiyanı davam edə bilər. Avtobusların qrafikində dəyişikliklər edilib. Şəhər turunun müddəti səhər saat 11:00-dan təxminən gecə saat 24:00-dək uzadılıb.

Qurumdan bildirildi ki, 2014-cü il aprel ayının 4-dən dekabrın sonunadək City Sightseeing Baku şirkəti ümumilikdə 11 258 nəfərə xidmət göstərmişdir. 2015-ci ilin təkcə iyun ayında isə təxminən 600 nəfər xarici turistə xidmət göstərilib.

Şəhər turu üçün 1 nəfərlik biletin qiyməti 20 manatdır. 6-16 yaşarası uşaqlar, tələbələr (tələbə bileti təqdim edildikdə), təqaüdçü veteranlar (müvafiq sənəd təqdim edildikdə) biletləri 50 faiz endirimlə əldə edə bilirlər. Yerli əhali üçün isə biletin dəyəri 5 manatdır. 6 yaşa qədər uşaqlar əlil insanlar üçün giriş pulsuzdur.

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 7.