Avstriyalı atlet Karoline Pilhaç: Bakını hər zaman xatırlayacağam

 

“Bakı-2015” ilk Avropa Oyunlarının qızıl gümüş medalçısı, avstriyalı üzgüçü Karoline Pilhaç yarışların yüksək səviyyədə təşkil edildiyini deyib. O, Avropa Oyunlarında əldə etdiyi nəticələrdən razı qaldığını bildirib: “Heç gözləməzdim ki, vətənimə bir qızıl bir gümüş medalla qayıda biləcəyəm. Yarışlar mənim üçün çox uğurlu keçdi. Üzgüçülük yarışlarının keçirildiyi idman arenası ümumi ab-hava möhtəşəm idi. Bakını hər zaman xatırlayacağam”.

Avstriyanın Ştiriya əyalətindən olan 16 yaşlı Karoline Pilhaç “Bakı-2015”də 50 metr arxa üstə üzgüçülük yarışlarında qızıl, 50 metr baterflyat yarışlarında isə gümüş medal qazanıb. Bununla da o, öz idman karyerasında ən yüksək nəticələri göstərməklə yanaşı, iki medalla Avstriya komandasının ən məhsuldar atleti olub.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 6.