Litva görüşləri uğurlu keçdi

 

Ölkəmizin dünya miqyasında nüfuzu  artdıqca beynəlxalq əlaqələri genişlənir. Xüsusən ilk Avropa Oyunlarından sonra yaxın-uzaq ellərlə əlaqə-ünsiyyət daha geniş miqyas alır.

Şəmkirlilər Litvada keçirilən folklor festivalında ölkəmizi uğurla təmsil etdilər. Geniş tərkibli bu folklor festivalı iki istiqamətdə aparılırdı. Bayram tədbirləri Litvanın Moletiya şəhərindəGöllərin səpələnməsi-2015” Şaulyay şəhərində isəGünəşin çiçəyiadlanırdı. Folklor festivalında Azərbaycan, Rusiya, İtaliya, Litva, Ukrayna, Gürcüstan, Avstriyanın başqa ölkələrin kollektivləri  iştirak edirdilər.

Göllərin səpələnməsi-2015” festivalında uğurla çıxış edən həmyerlilərimiz iyulun 2-  Şaulyay şəhərinə gəldilər. Onlar burada keçirilən 6-cı beynəlxalqGünəşin çiçəyifestivalında da öz məharətlərini nümayiş etdirdilər. Xüsusən Şəms vokal instrumental ansamblının muğam kollektivinin çıxışları, habelə, Cavanşir Bayramovun  ifa etdiyiSarı gəlinmahnısı gurultulu alqışlarla qarşılandı. Yüksək səviyyəli ifaya görə Cavanşır Bayramov beynəlxalq festivalın laureatı adına layiq görüldü. Simli alətlər üzrə yarışda isə  on iki  ölkənin namizədi arasında həmyerlimiz, saz ifaçısı Şakir Əliyev birinci yeri tutdu.

Festivaldan sonra  Şəmkirin nümayəndə heyəti ilə Şaulyay şəhər bələdiyyəsinin görüşü keçirildi. Xatırladaq ki, 2014-cü il oktyabrın 22-də Şəmkirlə Şaulyay şəhərləri arasında niyyət protokolları imzalanmışdır. Görüş zamanı qardaş şəhərlər arasında humanitar sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparıldı.

Nümayəndə heyətimizin rəhbəri, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sona Əliyeva dedi ki,Litva görüşləri uğurlu keçdi.  Nümayəndə heyətinin üzvləri Litvanın görməli yerləri, maddi- mədəniyyət abidələri ilə tanış olublar.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 10 iyul.- S. 8.