Bakı Uşaq Teatrının kollektivi qastrol səfərindən qayıdıb

 

Bakı Uşaq Teatrının kollektivi Türkiyədən qastrol səfərindən qayıdıb. Kollektiv Ramazan ayı ilə əlaqədar Mərzifon şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda uğurla çıxış edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, böyük maraqla keçirilən festivalda Azərbaycan qonaq qismində iştirak edib.

Bakı Uşaq Teatrı festivalda teatrın repertuarında olan tamaşalardan parçalar, illüziya nömrələri nümayiş etdirib, klounların çıxışı teatrın aktrisalarının ifasında xalq mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Qastrol səfərində teatrın direktoru İntiqam Soltanın rəhbərliyi ilə aktyorlardan Tofiq İsgəndərli, Rauf Hüseynov, Vüsalə Bəşirova, Şahin Kazımov, Rəfael Muradxanlı, Günay Pirizadə iştirak edi

 

Azərbaycan.- 2015.- 10 iyul.- S. 8.