“Bakı-2015” vahid amal naminə dövlət millətin həmrəyliyinin nümunəsi idi

 

I Avropa Oyunları başa çatsa da, onunla bağlı xoş təəssüratlar, fikirlər səslənməkdədir. Xarici idmançıların öz ölkələrində mətbuata verdikləri açıqlamalardan da görünür ki, “Bakı-2015” onların xatirələrində xoş iz buraxıb. İlk dəfə ölkəmizin sayəsində reallığa çevrilən Avropa Oyunlarını xarici ölkələrdə izləyən, təhsil alan azərbaycanlı gənclər qürur hissi keçirdiklərini fəxrlə bildirirlər.

 Oyunları xarici ölkə telekanallarında izləyənlərdən biri Ümüd Səlimzadədir. O, Almaniyanın Thüringen vilayətinin Saalfeld şəhərində eyniadlı klinikanın burun-boğaz baş-boyun cərrahiyyə şöbəsində çalışır.

26 yaşlı mütəxxəsis deyir ki, Azərbaycanın dünya idman tarixində açdığı yeni səhifə bir azərbaycanlı kimi onu da çox qürurlandırıb. O da bu qənaətdədir ki, I Avropa Oyunları ilə Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni standart təqdim etməyə nail oldu. Həm bu, yalnız idmanla bağlı standart deyil. Bu, bütövlükdə vahid amal naminə dövlətin millətin həmrəyliyi, xalqla iqtidarın vəhdətinin nümunəsi idi: “İlk Olimpiya Oyunları miladdan əvvəl - yəni 2791 il bundan öncə Yunanıstanda keçirilib. O vaxtdan hər dəfə Olimpiya Oyunları keçirilərkən rəmzi olaraq od Yunanıstandan götürülür. Antik dövr tarixinə adını həkk etdirmiş Yunanıstandan sonra Azərbaycan bu işdə bir ilkə imza atdı. Heç şübhəsiz ki, inkişafın ilklərin Qərbdən gəlməsinə öyrəşmişgözlərüçün bu heç birmənalı qarşılanmayacaqdı. Oyunlara hazırlıq dönəmində xarici mətbuatın qərəzli yazıları bunu bariz şəkildə göstərirdi. Bu hisslər əlbəttə ki, bizə 2012-ci ildə Bakıda keçirilən “Eurovision” yarışmasından bəlli idi. Nəzərə alsaq ki, 24 yaşlı gənc dövlətin belə bir vəzifənin  öhdəsindən yüksək səviyyədə gəlməsi təəccüb doğuracaq dərəcədə qısqanclıq yaradacaqdı. Yaratdı da. Lakin vaxtilə ulu öndər Heydər Əliyevin söylədiyiAzərbaycan dünyaya günəş kimi doğacaqifadəsini açılışda Günəş Ay rəmzləri ilə tamamladıq. Bizə tolerantlıq öyrətmək istəyən, gender bərabərliyindən dəm vuran Qərb dairələrinə dahi Azərbaycan şairi Nizami GəncəvininLeyli Məcnun”u timsalında qədim müasir dövr Azərbaycanında qadınlarla kişilərin bərabərhüquqlu olmasını bir daha göstərdik. Bu, eyni zamanda həm islamın, həm dilimizin, həm millətin ortaya qoyduğu iradə idi”.

Avropa Oyunlarında dünyaya muğam popun müqayisəli şəkildə göstərilməsi bir daha sübut etdi ki, muğam UNESCO-nun qorunan irs siyahısına əbəs yerə daxil edilməyib. Başqa sözlə, 2008-ci ildə UNESCO Azərbaycan muğamınıbəşəriyyətin şifahi mənəvi irsinin şedevrləri siyahısı”na salmaqla muğamın bədii təkrarolunmazlığını, dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə yarışların bir çoxunu  arenalarda izləməsi, medalları idmançılara təqdim etməsi həm atletlərimiz, həm ölkə ictimaiyyətinin böyük sevincinə səbəb oldu. Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da yüksək təşkilatçılıq qabiliyyəti öz bəhrəsini verdi, idman tədbirinin keçirilməsində 12 min 500-dən çox könüllünün fəaliyyəti xüsusi qeyd edildi. Könüllülər idman arenalarında ölkənin adını ucaltmaq üçün əllərindən gələni etdilər. Yəqin ki, onlar Azərbaycanın evsahibliyi edəcəyi növbəti irimiqyaslı idman tədbirlərinin təşkilində öz sözlərini deyəcəklər.

Avropa Oyunlarının bağlanış mərasiminə gəldikdə isə Ümüd belə dedi: “Bakı-2015”ə necə start verilmişdisə, bağlanış da həmin gözəlliyə əlavə çalar qatdı. Bağlanış mərasimi açılışdan heç geri qalmırdı. Bir neçə məsələ diqqətimi xüsusi çəkib. Biz elə  bir alov yandırdıq ki, dost da gördü, düşmən . Arzum budur ki, yandırdığımız alov heç vaxt sönməsin. Tədbirin təşkilatçıları tərəfindən ənənəvi müasir mədəniyyətlər arasında verilən kontrastlar çox həmahəng idi. Arzu quşu - Simurqun yüksəlməsi  gəncliyimiz üçün çox böyük mesaj oldu. Sarı gəlinmahnısının bağlanışda da səsləndirilməsi çox xoş idi. Çünki açılışda bir çox ölkələrSarı gəlinmahnısı səsləndirilərkən reklam fasiləsinə ayrılmışdı. Açılış bağlanış mərasimlərini Almaniya televiziyasından izlədiyimə görə alman aparıcının şounufantastikadlandırması məni çox qürurlandırdı.

Bir sözlə, Avropa Oyunlarının keçirildiyi günlərdə hər bir azərbaycanlı dünyaya mədəniyyətini, qonaqpərvərliyini, vətənə sevgisini nümayiş etdirdi”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 6.